Home Manşet Türk dünyası artıq xəyal deyil, reallığın özüdür – Türkiyəli araşdırmaçı yazar

Türk dünyası artıq xəyal deyil, reallığın özüdür – Türkiyəli araşdırmaçı yazar

229
0
SHARE

Bunu tan.az – a açıqlamasında Türkiyəli araşdırmaçı yazar, Qərbi Azərbaycan İcmasının Ankara təmsilçisi Dr. Derya Akdemir deyib. Onun sözlərinə artıq bu reallığı hər adımda hiss etmək mümkündür. Araşdırmaçı yazar bunu xüsusi olaraq qeyd edib ki, həyata keçiriləcək yeni regikonal və qlobal lahiyələr özlüyündə bu proseslərin sürətlənməsinə rəvac verir: “Həm Azərbaycan Prezidenti İlham Əliyevin, eyni zamanda digər Türk dövlətlərinin bu proseslərlə bağlı real təkliflər səsləndirmələri, dəyişən müəyyən geosiyasi vəziyyətin bariz göstəricisidir. Əvvəllər Türk dünyasının bir araya gəlib ortaq hansısa lahiyələri həyata keçirəcəyinə inanmayanlar indi artıq bu əməkdaşlığın önəmini vurğulayırlar ki, bu da olduqca önəmli bir mərhələdir. Növbəti mərhələdə isə siyasi iqtisadi, mədəni humanitar birlikdəliklərin daha da inkişaf etdirilməsi prioritet olacaq.”
Dr.Derya Akdemir bu proses əsas aparıcı qüvvənin heç şübhəsiz Azərbaycan və Türkiyə olacağını qeyd edərək regionda müəyyən iqtisadi lahiyələrin həyata keçirilməsindən sonra digər Türk respublikalarının bu proseslərdə aktiv olacağını sözlərinə əlavə edib.