Home Manşet Əsaslı dostluq və qardaşlıq ruhu ilə işləyəcəyik – Türkiyənin Azərbaycandakı yeni səfiri

Əsaslı dostluq və qardaşlıq ruhu ilə işləyəcəyik – Türkiyənin Azərbaycandakı yeni səfiri

593
0
SHARE

Prezidentin qərarı ilə dost və qardaş Azərbaycana səfir təyin olundum.

Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Cahit Bağcı öz “Twitter” səhifəsində yazıb.

O, bu məsələdə göstərdiyi dəstəyə görə həm də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna təşəkkürünü bildirib:

“Prezidentin qərarı ilə Türkiyə Maarif Fondununun Himayədarlar Heyətinin Daimi üzvlüyündən dost və qardaş Azərbaycana səfir təyin olundum. Bizi bu qürurverici və şərəfli vəzifəyə layiq görən cənab Prezdentmizə təşəkkürlərimi bildirirəm. Əsaslı dostluq və qardaşlıq ruhu ilə, şövqlə işçi arı kimi işləyəcəyik. Allah vəzifəmizi üzüağ yerinə yetirməyi nəsib eləsin”.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan Cahit Bağcının Türkiyənin Azərbaycanda yeni səfiri təyin olunması haqqında sərəncam imzalayıb.