Home Manşet ABŞ presidenti və Yaponiyanın baş naziri aprelin 16-da görüşəcəklər

ABŞ presidenti və Yaponiyanın baş naziri aprelin 16-da görüşəcəklər

608
0
SHARE

Amerikan administrasiyası ABŞ prezidenti Cozef Bayden və Yaponiyanın Baş naziri Yoşihide Suqa arasında şəxsi görüşü 16 aprel tarixində Vaşinqtonda keçiriləcəyini təsdiqləyib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, iki ölkə liderlərinin arasındakı danışıqların tarixini daha əvvəl Yaponiya Nazirlər Kabinetinin baş katibi Katsunobu Kato elan edib.

Bildirilir ki, Y.Suqa Vaşinqtona getməzdən əvvəl koronavirusa qarşı peyvəndlə aşılanacaq. Danışıqlar zamanı tərəflərin Çin, Şimali Koreya, iqlim dəyişikliyi ilə bağlı problemləri və ikitərəfli strateji münasibətləri müzakirə edəcəyi gözlənilir.