Home Manşet Kəlbəcərin işğalı AXC-Müsavat hakimiyyətinin azərbaycan xalqına xəyanət nəticəsində baş tutdu – Deputat

Kəlbəcərin işğalı AXC-Müsavat hakimiyyətinin azərbaycan xalqına xəyanət nəticəsində baş tutdu – Deputat

613
0
SHARE

Kəlbəcərin işğal edilməsi AXC-Müsavat hakimiyyətinin azərbaycan xalqına xəyanət nəticəsində baş tutdu. Paytaxt Bakıda AXC-Müsavat cütlüyünün başı hərc-mərcliyə, vəzifə bölgüsünə qarışdığı üçün Qarabağ və ətraf rayonlar yaddan çıxmış, tamamilə müdafiəsiz qalmışdı.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, ölkənin və xalqın təhlükəsizliyini təmin edə bilməyən AXC-Müsavat hakimiyyəti ölkədə xaos, anarxiya, özbaşınalıq yaratmış, orduquruculuğu məhv edilmiş və hakimiyyətdə daha da möhkəmlənmək məqsədi ilə ayrı-ayrı şəxslər özlərinin tabeliyində olan silahlı dəstələr saxlamaqla məşğul olurdular:

“Nizami ordunun olmaması Ermənistanla sərhəd rayonların müdafiəsi işini çətinləşdirirdi.

Yaranmış fürsətdən istifadə edən ermənilər Kəlbəcərdə mülki əhaliyə qarşı qəddarcasına hücumlar edərək insanları qətlə yetirdi və insanlığa qarşı qanlı cinayət törətdi. Ölkə rəhbərliyi tərəfindən isə Kəlbəcərin və rayon əhalisinin müdafiəsi üçün heç bir işlər həyata keçirilmirdi. Sanki Kəlbəcərdə heç nə baş vermirdi. Susqunluq, heç bir müqavimətin olmaması isə erməni silahlı dəstələrini daha da azğınlaşdırır və faciənin miqyasını genişləndirirdi.

Erməni sihalı birləşmələri Kəlbəcəri işğal edərkən qanlı cinayət törədiblər və belə demək mümkündürsə ermənilərin bu qanlı cinəyətinin ortağı isə satqın, xəyanətkar, siyasi maraqlarını ümummilli mraqlardan üstün tutan AXC-Müsavat hakimiyyəti olmuşdur”.

Deputat qeyd edib ki, ermənilərin Kəlbəcərdə bütün infrastrukturu, yaşayış yerlərini dağıtması, mədəniyyət və dini abidələri məhv etməsi, ekoloji terror həyata keçirməsi, Azərbaycan xalqına məxsus sərvətləri talan etməsi dünya miqyasında törədilmiş vandallıq və cinayətdir:

“Hətta Kəlbəcəri tərk edən zaman azərbaycanlılar arasında daha çox itkiyə nail olumaq üçün ermənilər əraziləri, mülki obyektləri yenidən minalaması ermənilərin öz qəsbkarlıq, terrorçuluq xislətlərindən əl çəkə bilmədiklərinin göstəriciləridir. Evləri və meşələri yandırmaqları isə erməni vandaizminin sərhəd tanımadığından xəbər verir”.