Home Manşet Ermənistanın ölkəmizə qarşı “İskəndər” raketlərindən istifadə etməsi onun cinayətkar mahiyyətindən xəbər verir...

Ermənistanın ölkəmizə qarşı “İskəndər” raketlərindən istifadə etməsi onun cinayətkar mahiyyətindən xəbər verir – Cəlil Xəlilov

280
0
SHARE

“Ermənistanın ölkəmizə qarşı “İskəndər” raketlərindən istifadə etməsi onun cinayətkar mahiyyətindən xəbər verir” .

Bunu Trend-ə açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu fakt Ermənistanın hərbi cinayətlərinə yeni bir sübutdur və beynəlxalq təşkilatlar buna biganə qalmamalıdır:

“Ermənistanın istər I Qarabağ müharibəsində, istərsə də 44 günlük Vətən müharibəsində ölkəmizə qarşı çoxsaylı hərbi cinayətlərə yol verdiyi məlumdur. 44 günlük müharibədə açıq döyüşlərdə ağır məğlubiyyətə uğrayan Ermənistanın Gəncə, Bərdə, Tərtər, Mingəçevir və s. şəhərləri qadağan edilmiş raketlərdən atəşə məruz qoyduğu, mülki insanların ölümünə imza atdığı bütün dünyanın gözü qarşısında baş verən reallıqlardır. Lakin bugünlərdə ANAMA-nın apardığı araşdırmalar nəticəsində Ermənistanın 44 günlük müharibə dönəmində Şuşaya “İsgəndər” raketləri atması ilə bağlı da yeni faktlar meydana çıxıb ki, bu da rəsmi İrəvanın cinayətkar xislətini, Ermənistanın anti-insani mahiyyətini göstərir. Bu fakt bir daha sübut edir ki, Ermənistan region üçün böyük təhlükə mənbəyidir və dünya bu həqiqəti gec də olsa dərk etməlidir.

Bu faktla bağlı araşdırılması gərəkən məsələlərdən biri də Ermənistanın bu raketləri necə əldə etməsi ilə bağlıdır. Heç kimə sirr deyil ki, münaqişə tərəflərinə belə bir raketin verilməsi beynəlxalq hüquqla ziddiyyət təşkil edir. Bu baxımdan, Ermənistanla yanaşı, ona bu raketləri verən dövlətin də məsuliyyət payı müəyyən edilməli, həmin dövlət də cinayətkar Ermənistanla yanaşı buna görə cavab verməlidir.

Ermənistanın “İsgəndər” raketlərindən istifadə etməsi beynəlxalq təşkilatlar, aparıcı dövlətlər tərəfindən ciddi şəkildə araşdırılmalı, təcavüzkar dövlət hüquqi müstəvidə cəzalanmalıdır. Bu məsələdə silahlara nəzarət üzrə beynəlxalq təşkilatlar da aktiv rol oynamalıdr. Çünki Ermənistan ölkəmizə qarşı “İsgəndər” raketlərindən istifadə etməklə, sadəcə Azərbaycana qarşı cinayətə yol verməyib. Ermənistan bununla, həm də beynəlxalq hüquqa qarşı cinayət törədib. Buna görə də Ermənistan bu cinayətə görə cəzalanmalı, məsuliyyətə cəlb edilməlidir. Bu isə beynəlxalq təşkilatların, aparıcı dövlətlərin moderatorluğunda həyata keçirilməlidir. Ermənistanın cəzalandırılmasının təmin edilməsi beynəlxalq təşkilatların, böyük dövlətlərin istər hüquq, istərsə də mənəvi baxımdan üzərinə düşən bir öhdəlikdir və yəqin ki, biz yaxın gələcəkdə onların bu öhdəliyi nə dərəcədə yerinə yetirəcəyinə şahid olacağıq”.