Home Manşet İsrail istehsalı olan silahlardan istifadə qələbədə mühüm rol oynadı – XİN rəhbəri

İsrail istehsalı olan silahlardan istifadə qələbədə mühüm rol oynadı – XİN rəhbəri

42
0
SHARE

2020-ci il Vətən müharibəsi zamanı Azərbaycan İsrail cəmiyyətinin səmimi dəstəyini alırdı. İsrailin, Ermənistan tərəfindən müharibə bölgəsindən çox uzaqda yerləşən Gəncə şəhərinə 33 azərbaycanlı mülki şəxsin həyatına son qoyan vəhşi raket hücumları qurbanlarına göstərdiyi humanitar yardımını yüksək qiymətləndiririk.

Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov İsrailin “Hayom” qəzetində dərc edilmiş müsahibəsində deyib.

Nazir bildirib ki, Azərbaycan əsilli israillilər Ermənistanın təcavüzünə öz etirazlarını və Azərbaycanla həmrəylik nümayiş etdirmək üçün mitinqlər təşkil etdilər:

“Azərbaycan Silahlı Qüvvələri tərəfindən yüksək texnoloji və yüksək dəqiqlikli silahlardan, o cümlədən İsrail istehsalı olan silahlardan, xüsusən də pilotsuz uçuş aparatlarından məharətlə istifadə edilməsi hərbi qələbənin əldə olunmasında mühüm rol oynadı. Əminəm ki, Vətən müharibəsindən sonra ikitərəfli əlaqələrimiz müxtəlif sahələrdə daha da möhkəmlənəcək və dərinləşəcəkdir”.