Home Manşet Mina təhlükəsinin aradan qaldırılması üçün birgə çalışmalıyıq – BMT rəsmisi

Mina təhlükəsinin aradan qaldırılması üçün birgə çalışmalıyıq – BMT rəsmisi

255
0
SHARE

Minalar təhlükə mənbəyidir və biz bu təhlükənin aradan qaldırılması üçün birgə çalışmalıyıq.

Trend-in məlumatına görə, bunu BMT rezident nümayəndəsinin müavini Çaru Bist Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə əlaqədar tədbirdə deyib.

Ç.Bist bildirib ki, BMT minaların təmizlənməsi ilə bağlı uzun illərdir ki, Azərbaycanla əməkdaşlıq edir: “Biz birlikdə əməkdaşlıq etməliyik ki, mina təhlükələrini aradan qaldıraq. Ümid edirik ki, hökumət, BMT qurumları və digər təşkilatlar arasında minalardan təmizlənmə istiqamətində əməkdaşlıq bundan sonra da davam edəcək.

Biz ANAMA ilə əməkdaşlıq edirik. Ötən illər ərzində biz səmərəli əməkdaşlıq etmişik və qarşıdan gələn müddət ərzində də texniki ekspertiza, avadanlıqlar və digər istiqamətlərdə Azərbaycana dəstək göstərməkdə davam edəcəyik”.