Home Manşet Mina xəritələrinin verilməməsi regionda sülh və etimadın qarşısını alır – Hikmət Hacıyev

Mina xəritələrinin verilməməsi regionda sülh və etimadın qarşısını alır – Hikmət Hacıyev

244
0
SHARE

Minalar müharibədən sonra mülki əhaliyə təhlükələr yaradır və inkişafın qarşısını alır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə əlaqədar tədbirdə deyib.

H.Hacıyev qeyd edib ki, Ermənistan 30 illik işğal müddətində Azərbaycan ərazisində çoxlu sayda minalar basdırıb.

PA rəsmisi bildirib ki, mülki əhali minaların hədəfi olmamalıdır: “Bu beynəlxalq humanitar hüquqa əsasən Ermənistan Azərbaycanın mülki əhalisinin hüquqlarını kobud şəkildə pozur. Ermənistan həmçinin beynəlxalq qanunları pozaraq mina xəritəsini Azərbaycana təqdim etməkdən imtina edir. Minalar Azrbaycan əhalisinə qarşı qırğındır və işğaldan azad edilmiş ərazilərin bərpasını ləngidir”.

H.Hacıyev bildirib ki, minaların xəritəsinin Ermənistan tərəfindən təqdim edilməməsi eyni zamanda regionda sülh və etimadın yaradılmasının qarşısını alır.