Home Manşet Qəyyumlar bir daha əsla demokratiyamıza zərər verə bilməyəcək – Fəxrəddin Altun

Qəyyumlar bir daha əsla demokratiyamıza zərər verə bilməyəcək – Fəxrəddin Altun

251
0
SHARE

Bir neçə təqaüddə olan admiral bir araya gələrək bir “bəyanat” yazıblar. 5-ci kolon ünsürləri də dərhal həyəcanlanıb. Oturun oturduğunuz yerdə.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezident Administrasiyasının İçtimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Twitter hesabından verdiyi açıqlamada bildirib.

F. Altun bildirib ki, o Türkiyə keçmişdə qaldı! Bu millət 15 iyulda çevriliş həvəskarlarının qarşısını necə aldığını dosta düşmənə göstərdi:

“Həddinizi bilin! Siz kimsiniz? Hansı haqla milli iradənin qanuni nümayəndələrinə barmaq silkələyirsiniz? Türkiyə hüquq dövlətidir. Bunu heç vaxt unutmayın. Qəyyumlar bir daha heç vaxt demokratiyamıza əsla zərər verə bilməyəcək. Xarici qüvvələrin zavallı əlaltıları böyüyən, güclənən Türkiyənin qarşısını kəsə bilməyəcək!”

F. Altun sosial medya hesabından İçtimaiyyətlə Əlaqələr İdarəsinin binasının işıqları yanan fotolarını da paylaşaraq bunları qeyd edib:

“15 iyula 103 gün qalarkən 103 hədsizin verdiyi mesaj ayaqlarımızın altındadır. Bu torpaqlarda son sözü əziz millətimiz deyir. Bu işıqlar hər bir anti-demokratik təşəbbüs və niyyətə qarşı əziz millətimiz üçün heç sönmədən yanacaqdır. Vəzifəmizin başında, millətimizin qulluğundayıq. Ankara Baş Prokurorluğu qalmaqallı bəyanatı “hazırlayanlar və əgər varsa bununla əlaqəli şəxslərin müəyyənləşdirilməsi, qanuni tədbirlərin məqsədilə” istintaq başladıb. Sadəcə imzalayanlar yox, onları cəsarətləndirənlər də hüquq qarşısında cavab verəcək.”