Bu gün 44 günlük Vətən müharibəsinin qəhraman şəhidlərindən Turxan Allahverdiyevin 25 yaşı tamam olur.
Trend-in məlumatına görə, Gədəbəy rayonunun İnəkboğan kəndindən olan Allahverdiyev Turxan Rəsul oğlu 2020-ci il noyabrın 8-də Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Bu gün şəhidin ailəsi ziyarət olunub. Millət vəkili Arzu Nağıyevin adından başsağlığı ailəsinə çatdırılıb, deputatın köməkçisi Elşad İsmayılov tərəfindən şəhidin əziz xatirəsinə, qələbəmizə həsr edilmiş simvolik hədiyyələr, Quran’i Kərim və dini ibadəti yerinə yetirmək üçün ləvazimatlar təqdim olunub.