Home Manşet Politoloq: Eskalasiya risklərinin minimal səviyyədə saxlanılması vacibdir

Politoloq: Eskalasiya risklərinin minimal səviyyədə saxlanılması vacibdir

45
0
SHARE

“Azərbaycan üç onillik ərzində mövcud olan, separatizmə rəvac verən, regional təhlükəsizliyə ciddi təhdidlər yaradan işğal faktını öz hərbi-siyasi gücü ilə aradan qaldırıb, yəni Dağlıq Qarabağ münaqişəsinin həllinə müvəffəq olub. Artıq “Dağlıq Qarabağ münaqişəsi” məfhumu yoxdur və Cənubi Qafqaz regionunun gələcəyi Azərbaycanın yaratdığı yeni geostrateji reallıqlar üzərində inşa olunur”.

 

Bu fikirləri politoloq Nurlan Qələndərli deyib.

 

Politoloqun sözlərinə görə, bu gün vacib və aktual məsələ regional təhlükəsizliyin möhkəmləndirilməsi, postmünaqişə dövründə yaranmış əməkdaşlıq imkanlarından maksimum səmərəli istifadə olunmasıdır: “Tarixi ədaləti və öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan regionda yeni təhlükəsizlik və əməkdaşlıq mühiti yaradıb. Hazırkı şəraitin fonunda münaqişədən sonrakı dövrdə vəziyyətin bütövlükdə müsbət istiqamətdə inkişafı üçün eskalasiya risklərinin minimal səviyyədə saxlanılması vacib amil kimi çox mühüm əhəmiyyətə malikdir. Müharibənin nəticələrindən dərs çıxarmalı olan Ermənistan postmünaqişə dövründə vəziyyəti gərginləşdirməyə xidmət edən addımlardan tam çəkinməli, Üçtərəfli bəyanatda əksini tapmış öhdəliklərinə qeyd-şərtsiz əməl etməlidir”.