Home Manşet Tahir Rzayev: Birlik və səfərbərlik bizə tarixi qələbə qazandırdı

Tahir Rzayev: Birlik və səfərbərlik bizə tarixi qələbə qazandırdı

644
0
SHARE

“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Hərbi Qənimətlər Parkının açılışı münasibəti ilə təşkil olunmuş tədbirdə söylədiyi fikirlər hər bir insanda qürur hissi doğurur. Çünki Azərbaycan xalqı bu gün düşmənə aid olan, düşmənin hərbi arsenalında olan bu tankları, texnikaları, hərbi maşınları belə bir vəziyyətdə görür və qürur hissi keçirir, həm də düşmənin çökdüyünü, məhv olduğunu, əzildiyini bütün dünyaya göstərir və bəyan edir”. Bu sözləri tan.az-a verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri qeyd edib ki, Azərbaycan Prezidenti öz çıxışında bir daha xatırladıb ki, biz düşməni əzdik və biz qan tökərək, cəsarət göstərərək, düşməni qovaraq yeni reallıqlar yaratmışıq: “Bu gün hər bir kəs bizimlə hesablaşmalıdır və hesablaşacaqdır. Bu bir həqiqətdir. Çünki, uzun illər düçar olduğumuz bəlanı, erməni faşizminin əzablarını, əziyyətlərini 44 günlük müharibə ilə dəf edə bildik. Azərbaycan Prezidenti, Azərbaycan Ordusu, Azərbaycan xalqı şanlı bir tarix yazdı, çox mühüm, unudulmaz bir qələbə qazandı. Bir vaxtlar erməni hərbiçilərinin “biz öz qüvvəmizlə, öz tanklarımızla, toplarımızla Bakıda olacayıq” kəlmələri tamamilə bir əfsanəyə çevrildi və Azərbaycan Prezidenti Ali Baş Komandan Cənab İlham Əliyevin uzaqgörən siyasəti, ermənilər tərəfindən düşünülmüş hər planı, hər bir şeyi alt-üst etdi. Azərbaycan Ordusu öz qətiyyətli sözünü dedi. Azərbaycan xalqı bu müharibədə özünün polad birliyini ortaya qoydu, Cənab Prezidentlə bir olduğunu bütün dünyaya göstərdi və əlbəttə ki, bu birlik, bu səfərbərlik, bu şücaət bizə belə bir tarixi qələbə qazandırdı.

Bu gün həmin parkda nümayiş etdirilən, göstərilən o texnika, o əşyalar, o sınıq-salxaq mexanizmlər düşmənin üzünə vurulan bir sillədir, düşmənə göz dağıdır, düşməni məhv edən bir qətiyyətdir. Ona görə də hər birimiz bu Parka qürurla baxırıq. Bu Park sözsüz ki, uzun illər fəaliyyət göstərəcək və bu parkın minlərlə, on minlərlə, milyonlarla tamaşaçısı olacaq və hər bir kəs bu Parkı gəzərkən buradakı hərbi texnika ilə tanış olacaq, erməni faşizminin iç üzünü bir daha görəcəkdir, onların nəyə qadir olduqlarını bir daha anlayacaqdır. Əlbəttə ki, bu gün Azərbaycan qalibdir. Azərbaycan öz iqtisadiyyatı ilə, öz hərbi potensialı ilə, öz birliyi ilə güclüdür. Belə birliyi, belə ordusu, belə Prezidenti olan xalq əlbəttə ki, xoşbəxtdir. Bu birlik sözsüz ki, yeni qələbələrə aparacaq və ölkə Prezidentinin dediyi kimi, hər bir kəs Azərbaycanla hesablaşacaqdır”.