Home Manşet Sədaqət Vəliyeva: ADA Universitetində keçirilən beynəlxalq konfrans dövlətimizin və regionun gələcəyi ilə...

Sədaqət Vəliyeva: ADA Universitetində keçirilən beynəlxalq konfrans dövlətimizin və regionun gələcəyi ilə bağlı baxışların dünyaya çatdırılması prizmasından çox uğurlu oldu

582
0
SHARE

“ADA Universitetində keçirilən beynəlxalq konfrans mühüm siyasi əhəmiyyət kəsb edirdi. Dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin iştirak etdiyi konfransın iştirakçılarının suallarının cənab Prezident İlham Əliyev tərəfindən müxtəlif dillərdə dolğun cavablandırılması Azərbaycan həqiqətlərinin bir daha dünyaya çatdırılması, regionda yaranmış yeni reallıqlara və bölgənin gələcəyi ilə bağlı məqamlara aydınlıq gətirilməsi prizmasından çox uğurlu oldu. Eyni zamanda, dünya ictimaiyyətinə də olduqca mühüm mesajlar çatdırıldı, Azərbaycanın birmənalı mövqeyi yenidən ortaya qoyuldu, dövlətimizin və regionun gələcəyi ilə bağlı konkret istiqamətlər göstərildi”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, konfransda Prezident İlham Əliyevin cavabları Azərbaycanın regionda sülhün bərqərar olmasında nə qədər maraqlı olduğunu nümayiş etdirdi: “Bütün dünya bir daha şahid oldu ki, Azərbaycan regionda davamlı və daimi sülhün yaradılmasında maraqlıdır. Nəqliyyat və kommunikasiyaların açılması, qarşılıqlı dialoq, etimad mühitinin formalaşması regionda yeni inkişaf mərhələsinin vacib şərtlərinə çevrilməkdədir. Ona görə də, Ermənistanın siyasi elitası daha çox mövcud şərtlər daxilində gələcəyə baxmalıdır, anti-türk, anti-azərbaycan stereotiplərilə yaşamamalıdır. Əks təqdirdə bu, ölkəni daha böyük fəlakətlərə sürükləyə bilər”.

“Azərbaycan bütün kommunikasiyaların açılmasını, sülh sazişinin imzalanmasını, əlaqələrin qurulmasını təklif edir” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Ermənistan yeni situasiyanı, real imkanları, qüvvələr nisbətini düzgün qiymətləndirməlidir. Düşünürəm ki, bu, Ermənistan üçün yaranmış yeganə və sonuncu şans ola bilər.