Home Manşet Sevinc Hüseynova: Belarus hər zaman Azərbaycana dost ölkə olub

Sevinc Hüseynova: Belarus hər zaman Azərbaycana dost ölkə olub

633
0
SHARE

Azərbaycan Ordusunu 44 günlük müharibədə əldə etdiyi möhtəşəm qələbə nəinki ölkəmizin, bütün regionun sürətli inkişafı üçün əsaslı bir zəmin yaradıb. Bu qələbə nəticəsində regionda sabitlik yaradıldı və bu sabitlik regionda yeni əməkdaşlıq formatının yaradılması üçün böyük bir uğurdur.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, regionda Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Türkiyə-İran. Türkiyə-İran-Rusiya, Azərbaycan-Rusiya-İran kimi əməkdaşlıq formatları mövcuddur və bu əməkdaşlıq formatları sabitliyin möhkəmlənməsinə mühüm töhfə verir:

“Bu əməkdaşlıq formatlarından kənarda qalan yalnız Ermənistandır. Onların revanşist cəhtləri və erməni xislətləri imken vermir ki, bu əməkdaşlığa qoşulmağa imkan vermir, ancaq onların başqa yolu yoxdur. Ermənistanın hazırkı kritik durumdan çıxış yolu yalnız bu əməkdaşlığa qoşulmaqdan keçir”.

S.Hüseynova vurğulayıb ki, Azərbaycanın qələbəsi nəticəsində region yeni iqtisadi inkişaf mərhələsinə qədəm qoyunb: “Ermənistanın 30 il ərzində bölgədə törətdikləri vandalizm nəticəsində daş daş üstə qalmayıb, hətta torpaqları, meşələri də yandırıblar, yəni geridə heç nə qoymayıblar, həm torpağın üstünü, həm də altını talayıb aparıblar. Ona görə də işğaldan azad edilmiş ərazilərdə çox böyük işlərin görülməsinə ehtiyac var. Bu məsələ dövlət başçısı tərəfindən qarşıya prioritet vəzifə kimi qoyulub və bu istiqamətdə böyük işlər həyata keçirilir.

Artıq sentyabr ayının sonuna qədər Zəfər yolunun tikintisi başa çatdırılacaq.

Azərbaycanın qarşıya qoyduğu ən böyük məqsədlərdən biri də Qarabağ bölgəsini nəinki ölkəmizin, ümumiyyətlə dünyanın ən inkişaf etmiş bölgələrindən biərinə çevirməkdir. Artıq bəllidir ki, işğaldan azad edilmiş ərazilərimizdə ağıllı kənd, ağıllı şəhər konsepsiyalarının tətbiq olunması üçün hazırlıq işləri aparılır”.

Deputat qeyd edib ki, Azərbaycan beynəlxalq aləmdə yüksək nüfuza malik olan bir ölkə kimi dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli formatlarda geniş münaibətlər qurub: “Azərbaycanın beynəlxalq aləmdə bu cür nüfuz qazanması, diplomatik münasibətləri yüksək səviyyədə qurması elə qələbəmizi şərtləndirən amillərdən biri oldu.
Müharibə zamanı cda cənab Prezident İlham Əliyev öz müsahibələrində bildirirdi ki, bu bölgələr bərpa ediləcək və Azərbaycan bu işlərə dost ölkələri də dəvət edəcək.

Qələbədən sonra bərpa işlərinə dost ölkələr cəlb edilib və artıq üç dost ölkə işğaldan azad edilmiş ərazilərdə bərpa işlərində iştirak edir və dördüncü ölkə olaraq məhz dost ölkə olan Belarus ola bilər və elə bu günlərdə Belarus Prezidenti Aleksandr Lukaşenkanın ölkəmizə səfəri zamanı bu barədə müzakirələr aparıldı və bir neçə sənədlər imzalandı. Belə ki, Belarusun Sənaye kooperasiyasının Belarus texnikasının Azərbaycanda istehsalı və “Yaşıl Qarabağ zonası” konsepsiyası çərçivəsində istifadəsi, Belarus şirkətlərinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərinə cəlb edilməsi nəzərd tutulur.

Azərbaycanla Belarus arasında bütün sahələr üzrə, o cümlədənə siyasi, iqtisadi, mədəni sahələr üzrə hər zaman yüksək səviyyəli və uğurlu münasibətlər mövcud olub və inkişaf edir. Belarus hər zaman Azərbaycana dost olan bir ölkə olub. Eyni zamanda beynəlxalq platformalarda da Azərbaycanla Belarus bir birinə dəstək verib və Dağlıq Qarabağ məsələsində də Belarus hər zaman Azərbaycanın mövqeyini dəstəkləyib. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Belarus Prezidenti ilə görüşündə bir daha bunları qeyd etdi və bir daha Azərbaycanın hər zaman dostlara açıq olduğunu bəyan etdi. Həmçinin dövlət başçısı vurğuladı ki, yeni yaradılmış reallıqda və Qarabağın bərpa edilməsi istiqamətdə aparılan işlərə dost Belarusa da yer verilir”.