2021-ci ilin yanvar-mart aylarında 7,047 milyon ton neft ixrac edib.
Trend bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.
Hesabata əsasən bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz azdır.
Bu ilin ilk üç ayı ərzində ixrac olunan neftin məbləğin 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 24,3 faiz azalaraq 2,664 milyard dollar təşkil edib.
Hesabat dövründə Azərbaycan 225,61 min tona yaxın neft məhsulu ixrac edib ki, bu da ötən ilin yanvar-mart ayları ilə müqayisədə 0,7 faiz çoxdur.
(Tərcümə: Orxan Nəbiyev)