Home Cəmiyyət Azərbaycanda 995 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib

Azərbaycanda 995 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib

339
0
SHARE

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 995 yeni yoluxma faktı qeydə alınıb, 1 136 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 301 661 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 265 539 nəfər müalicə olunaraq sağalıb, 4 169 nəfər vəfat edib, aktiv xəstə sayı 31 953 nəfərdir.

 

Ölkədə son sutka ərzində 5 955, hazırkı dövrədək isə 3 114 879 test aparılıb.