Home İqtisadiyyat Azərbaycanın xarici ticarət dövriyyəsi 6,5 milyard dolları ötüb

Azərbaycanın xarici ticarət dövriyyəsi 6,5 milyard dolları ötüb

518
0
SHARE

2021-ci il yanvar-mart aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi təxminən 6,66 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz azdır.

Trend bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabat dövründə Azərbaycanın ixracı 4,137 milyard dollara bərabər olub və bu 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 1,6 faiz azdır. İxracın ümumi xarici ticarət dövriyyəsində payı 61,47 faiz təşkil edib.

Bu ilin ilk üç ayı ərzində Azərbaycana idxal 2,53 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz azalıb. İdxalın ümumi xarici ticarət dövriyyəsində payı 38,5 faiz təşkil edib.

 

Xarici ticarət dövriyyəsinin saldosu müsbət olub və 1,6 milyard dollar təşkil edib.

(Tərcümə: Orxan Nəbiyev)