Home Manşet Ermənistan radioaktiv maddələrdən təhdid kimi istifadə edir – Arzu Nağıyev

Ermənistan radioaktiv maddələrdən təhdid kimi istifadə edir – Arzu Nağıyev

246
0
SHARE

Ermənistan işğalçılıq və terrorçuluğu daim dövlət siyasəti kimi qəbul edib və bu istiqamətdə addımlar atıb.

Bunu Trend-ə Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Deputat bildirib ki, ermənilər ekstremizm və radikalizmdən müxtəlif ölkələrə təhdid vasitəsi kimi istifadə edirlər: “Məlum məsələdir ki, terrorizmin və ekstremizmin bir istiqaməti də son vaxtlar nüvə təhdididir. Bundan da istifadə edənlər, ümumiyyələ radikal qüvvələr mütəmadi olaraq nüvə başlıqlarından, digər nüvə silahlarından, nüvə silahlarının komponentlərindən istifadə edərək radiasiya fonu yaratmaq, radiasiya müharibəsi və radiasiya təhdidi aparmaq üçün bu istiqamətdə addımlar atırlar. Radioaktiv maddə qaçaqmalçılığı Ermənistanda dövlət səviyyəsində həyata keçirilir. Bu radioaktiv maddələr haradan əldə edilə bilər? Düşünürəm ki, bunun mənbəyi məhz “Metsamor” atom elektrik stansiyasıdır.

“Metsamor” stansiyası ölkəmiz üçün, ümumilikdə isə Cənubi Qafqaz və digər region dövlətləri üçün ən ciddi təhlükə mənbəyidir. Bu stansiya birbaşa bölgənin təhlükəsizliyinə təhdiddir. Dəfələrlə Avropa İttifaqı tərəfindən müvafiq vəsait hesabına onun ləğv edilməsi – təxminən 3-4 milyard avro rəqəmi ilə ölçülən məsələ idi. Lakin onlar bundan da alver istiqamətində istifadə edərək bu rəqəmin həddən artıq çox olmasını istəyirlər. Yeni atom elektrik stansiyası tikmək qeyri-mümkündür, çünki dağılmış Ermənistan iqtisadiyyatında 4-5 milyard dollarlıq bir layihə üçün potensial yoxdur və bunlar da “Metsamor” atom elektrik stansiyasını guya yenidən bərpa edəcəklər və bu istiqamətdə də müəyyən strukturlara, qurumlara vəsait ayrılması üçün müraciət edirlər. Lakin burada əsas məqsəd təhdid kimi radioaktiv maddələrdən istifadə etmək, radiasiya təhdidi yaratmaqla terror əməliyyatlarını həyata keçirmək, daha doğrusu, həm də regional təhlükəsizliyə ciddi təhdid yaratmaqdır”.

A.Nağıyev əlavə edib ki, buna görə də son 3-4 ildə demək olar ki, bir neçə dəfə ermənilərin istər Gürcüstan istiqamətində, istərsə də digər ölkələrin gömrük qurumlarında radioaktiv maddələrdən istifadə edilən qaçaqmalçılıq faktları aşkarlanıb:

“Bu, ermənilərin terror, radikalizm siyasətidir. Bunlar radioaktiv maddələri başqa yerdən əldə edə bilməzlər, bu, mütləq şəkildə “Metsamor”la bağlıdır. Çünki “Metsamor”un həm mühafizəsi, həm sıradan çıxma ehtimalı, həddən artıq köhnə olması dəfələrlə özləri tərəfindən bildirilib. Stansiya yaxınlığında yaşayan ermənilər də dəfələrlə mitinq keçirib ki, burada sızma var, buradan oğurluqlar var və cinayətkar qruplaşmalar öz məqsədləri üçün istifadə edirlər”.