Home İqtisadiyyat “MOL Group” AÇG yataqlar blokuna 120 milyon dollara yaxın əsaslı investisiya yatırıb

“MOL Group” AÇG yataqlar blokuna 120 milyon dollara yaxın əsaslı investisiya yatırıb

547
0
SHARE

Macarıstanın “MOL Group” şirkəti 2020-ci maliyyə ilində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsinə 36 milyard Macarıstan forinti və ya 119,5 milyon dollar məbləğində əsaslı investisiya yatırıb.

Trend bu barədə şirkətin hesabatına istinadən məlumat verir.

Qeyd olunur ki, həmin məbləğ tam şəkildə “Azəri-Çıraq-Günəşli” blokunun işlənməsinə yönəlib. Şirkətin blok üzrə digər xərcləri 0,2 milyard forint və ya 66 479 dollar təşkil edib.

“MOL Group” “Azəri-Çıraq-Günəşli” blokunda payın satın alınması üzrə sazişi 2020-ci ilin aprelində imzalayıb.

(Tərcümə: Orxan Nəbiyev)