Home Manşet Sədaqət Vəliyeva: Hacıqabul Sənaye Məhəlləsi, aqroparklar Azərbaycanın postpandemiya dövrü üçün yeni inkişaf...

Sədaqət Vəliyeva: Hacıqabul Sənaye Məhəlləsi, aqroparklar Azərbaycanın postpandemiya dövrü üçün yeni inkişaf mərhələsinin mənzərəsidir

595
0
SHARE

“Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevinHacıqabula səfəri çərçivəsində Sənaye Məhəlləsində “Azərmaş” zavodunun, “Elberg” tikinti materialları üçün avadanlıqların istehsalı zavodunun, “Uyusal Ambalaj” plastik su qabları istehsalı müəssisəsinin, “Plasstech” zavodunun, “AzAgromila” müəssisəsinin açılışında iştirak etməsi, orada və aqroparklarda yaradılan şəraitlə yaxından tanış olması, bundan sonra da respublika üzrə bütün iqtisadi layihələrin icrasının davam etdirilməsi barədə göstərişlər verməsi bir daha dövlətimizin qüdrətinin, uğurla həyata keçirilən siyasətin rasionallığının, praqmatikliyinin göstəricisi oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düzgün sosial-iqtisadi siyasətin nəticəsidir ki, istər pandemiya, istərsə də müharibə vəziyyəti ölkəmizdə sosial-iqtisadi layihələrin icrasına mane olmadı”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva deyib ki, görülən işlər, açılan sosial-iqtisadi obyektlər, istehsal müəssisələri bir daha Prezident İlham Əliyevin Azərbaycan iqtisadiyyatını düzgün əsaslar üzərində qurmaqla dayanıqlı inkişafını təmin etdiyini, ən əsası, postpandemiya dövrü üçün yeni inkişaf modeli təqdim etdiyini göstərir: “Söz yox ki, pandemiya dünya ölkələrinin, eyni zamanda, Azərbaycanın iqtisadiyyatına mənfi təsir göstərib. Lakin buna baxmayaraq, Azərbaycan hökumətinin həyata keçirdiyi səmərəli tədbirlər nəticəsində sosial-iqtisadi dayanıqlılıq təmin edilməkdədir. Hər kəs də bilir ki, pandemiya səbəbindən dünya iqtisadiyyatı yüz milyardlarla dollar itkiyə məruz qaldı. Dünyanın bir çox ölkələr iqtisadi tənəzzül yaşadı, borclanma getdikcə artdı, elə dövlətlər oldu ki, hətta vətəndaşlarına sosial ödənişləri edə bilmədi. Pandemiyanın yaratdığı ağır sosial-iqtisadi vəziyyəti idarə etməyi bacarmayan, yaranmış çətin vəziyyətdən çıxış yolu tapa bilməyən hökumətlər istefa verdi, bir çox ölkələrdə mitinqlər, aksiyalar keçirildi.  Elə bu gün də Niderland, Fransa, Almaniya, İtaliya kimi Avropa ölkələrində hökumətlərin pandemiya siyasətinə qarşı davamlı etiraz aksiyaları keçirilir”.

“Azərbaycanda nəinki sosial ödənişləri zamanında verilir, hətta vətəndaşlara, sahibkarlara, fermerlərə dövlət yardımı da olunur” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, pandemiya dövründə çətin məqamda dövlətin prioriteti birbaşa insanların sağlamlığı və normal yaşayışı idi ki, bu missiya da çox uğurla reallaşdırıldı: “Çünki dövlətimizin siyasətinin mərkəzində insan amili dayanır və Prezident İlham Əliyevin də məqsədi insanların sağlamlığının qorunması ilə yanaşı, ölkəmizin iqtisadi dayanıqlılığının təmin edilməsi fonunda sosial müdafiə tədbirlərini həyata keçirməklə əhalinin sosial rifah halını daha da yaxşılaşdırmaqdır”.

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, Hacıqabul Sənaye Məhəlləsi, aqroparklar Azərbaycanın postpandemiya dövrü üçün yeni inkişaf mərhələsinin mənzərəsidir: “Hər bir zavod, müəssisə, aqropark yeni işləri, sərmayə deməkdir. Bu cür müəssisələrin yaradılmasına səbəb odur ki, dövlət əlverişli sərmayə mühiti formalaşdırıb. Xarici şirkətlər bu gün tərəddüd etmədən Azərbaycanda müxtəlif sahələrə investisiya yatırırlar. Bu da əlbəttə ki, yeni istehsal sahələri, bazarlarda rəqabət, vergi, yeni iş yerləri, bütövlükdə Azərbaycan iqtisadiyyatının inkişafı deməkdir. Hacıqabul Sənaye Məhəlləsində yaradılan şərait, aqroparklar bir daha nümayiş etdirir ki, Azərbaycan postpandemiya dövrünə keçidlə bağlı qətiyyət, iradə nümayiş etdirir. Əlbəttə ki, bütün bu proseslər də zamanında cənab Prezident İlham Əliyev tərəfindən verilmiş qərarlara, qəbul olunmuş proqramlara, imzalanmış sərəncamlara, fərmanlara əsaslanır”.