Home Manşet Soros “demokratiyasının” iç üzü

Soros “demokratiyasının” iç üzü

328
0
SHARE

Hazırda dünyanın bir çox ölkəsi haqlı olaraq Soros Fondunu hakimiyyətlərə qarşı üsyan, inqilabları dəstəkləyən, çaxnaşmaların əsas sponsoru kimi görür və qəbul edir. Çünki üzərinə iğtişaş, aksiya, çaxnaşma və s. kimi sözlər yazılan hər “daşın” altından Soros çıxır. Təəssüf ki, fondun hədəf aldığı ölkələrdən biri də Azərbaycandır. Düzdür, onun ölkəmizdə iğtişaş törədəcək qədər gücü və uzun əli olmasa da fürsət düşən hər məqamda Azərbaycana qarşı öz çirkin kampaniyasını, təxribatçı fəaliyyətini aparmaqda davam edir.

Bu kampaniyanın trayektoriyası ayrı-ayrı qeyri-hökumət təşkilatlarından tutmuş – Avropa Şurası Parlament Assambleyasına (AŞ PA) qədər uzanır. Çünki AŞ PA-da bu fondun maliyyələşdirdiyi deputatlar var və bu deputatlar vasitəsilə hər fürsətdə ölkəmizi hədəfə almaq cəhdləri edilir. Təbii ki, bütün bunlar da təsadüfi deyil. Soros Fondunun Ermənistan hakimiyyəti ilə əlaqələri, erməni lobbisi və onun əlaltılarının anti-Azərbaycan və anti-Türkiyə fəaliyyəti fondun rəhbəri C.Sorosun maraqları ilə uzlaşır.

Soros yalnız Ermənistan kimi təxribatla məşğul olan ölkələrlə əməkdaşlıq  edir

Soros fondu Ermənistanda təkcə “medianın inkişafı” adı altında 5 milyon dollardan çox pul xərcləyib. Bu media orqanları da Paşinyanın hakimiyyətə gəlməsində və Azərbaycan qarşısında aldığı ağır məğlubiyyətə baxmayaraq, hakimiyyətdə qalmasında müstəsna rol oynayır. Ona görə də bu gün Paşinyan hakimiyyəti bütün mənalarda Soros Fonduna bağlıdır. Təsadüfi deyil ki, onun hakimiyyətə gəlişindən sonra Corc Soros bu ölkəyə daha çox vəsait ayırmağa başladı. Təkcə 2019-cu ildə Soros Fondunun Ermənistana ayırdığı vəsait 3,6 milyon dollar təşkil edib.

Onu da qeyd etməliyik ki, Corc Soros bir çox postsovet ölkəsində məxməri inqilab törətmək üçün səylər göstərib, lakin onun ən uğurlu olduğu ölkə məhz Ermənistandır. Artıq birmənalı şəkildə deyə bilərik ki, N.Paşinyanın avtoritar idarəçiliyi, vətəndaş cəmiyyətinə, vətəndaşlara qarşı həyata keçirilən basqılar, aksiyaların dağıdılması, onun təşkilatçılarının həbs olunmasi və s. – Soros “demokratiyasının” iç üzüdür.

İkinci Qarabağ Müharibəsində ağır məğlubiyyət bu “demokratiyanı” daha da dərinləşdirdi. Ölkənin dörd bir tərəfini bürüyən etiraz aksiyalarında göz yaşlarına belə baxmadan həbslər, fiziki təzyiqlər və təhdidlər törədilir. Səsini çıxaran, başını qaldıran hər kəs polis tərəfindən susdurulur, həbsə atılır və yaxud döyülür.

Yerevanda etirazçılar Paşinyanın yolunu kəsib

Elə bu gün səhər saatlarında Yerevanda bir qrup fəal Nazirlər Kabinetinin qarşısında baş nazir Nikol Paşinyanın binaya daxil olmasının qarşısını almaq üçün özlərini giriş darvazasına qandalladı. Polis dərhal hərəkətə keçdi və həmin qandalları açmaq üçün mişardan istifadə elədi. Ardınca, bütün aksiya iştirakçıları həbs edildi.

Yerevanda etirazçılar özlərini hökumət binasına qandalladı (VİDEO)

Çox uzağa getməyək, dünən Azərbaycanla sərhəddə yerləşən Sünik vilayətinə gedən baş nazir Nikol Paşinyanı Mehridə etirazçılar qarşıladı. Onun kortejinin qarşısı kəsildi. Onlar “Satqın Nikol” kimi şüarlar səsləndirərək onun şəhəri tərk etməsini tələb etdilər. Aksiyada etirazçılarla N.Paşinyanın tərəfdarları arasında iğtişaş da yaşandı. Nəticədə, Paşinyan etiraz aksiyası ilə üzləşdiyi Mehridən qaçmaq məcburiyyətində qaldı.

Bu gün isə Ermənistanda Baş nazir Nikol Paşinyanın dünənki səfəri zamanı etirazların baş verdiyi Mehri şəhərinin meri Mxitar Zakaryan barəsində cinayət işi başlandı. Mer barəsində Ermənistan Cinayət Məcəlləsinin “xuliqanlıq, bir qrup şəxs tərəfindən ictimai asayişin qəsdən pozulması”, eləcə də “hökumət nümayəndəsinə qarşı zor tətbiq etmə” maddələri ilə ittiham irəli sürülüb. Hətta Zakaryanın vəkili Qayane Papoyan bildirib ki, mer polisin müşayiəti ilə paytaxt İrəvana gətirilib.

Ermənistanda hökm sürən dərin Soros “demokratiyası” barədə faktları istənilən qədər uzatmaq olar. Sadəcə, təkcə bu son iki gündə baş verənləri xatırlatmaq kifayətdir ki, real mənzərəni aydın şəkildə görə bilək.

Təbii olaraq, bütün baş verənləri həzm edə bilməyən, Paşinyan layihəsinin fiaskoya uğramasını istəməyən Soros Fondu hazırda bütün cinayətlərə və iftiralara açıqdır. Və hesab edir ki, baş verən hər şeyin baiskarı Azərbaycan və onun “dəmir yumruğudur”. Ona görə də Azərbaycan hazırda sözügedən fondun hədəfində olan əsas ölkədir. Bu mənada, ölkəmizə qarşı aparılan təxribatçı fəaliyyətlə bir növ öc alırlar. Amma bir şeyi unutmamalıdırlar ki, Azərbaycan Ermənistan deyil və Azərbaycanda Soros kimi təşkilatlara nə yer var, nə də yem!

Elgün Mənsimov
Trend:

Twitter: @Elgun_Mensimov