Home Manşet Tarixin saxtalaşdırılması nə sülhə, nə təhlükəsizliyə, nə də barışığa xidmət edir –...

Tarixin saxtalaşdırılması nə sülhə, nə təhlükəsizliyə, nə də barışığa xidmət edir – Sevil Mikayılova

589
0
SHARE

ABŞ prezidenti Co Baydenin ermənilərin uydurması olan 1915-ci il hadisələrini “soyqırım” adlandırması tarixi saxtalaşdıran qüvvələrə dəstəkdən başqa bir şey deyil. Tarixin tədqiq edilməsi tarixçilərin işidir və onun bu və ya digər şəkildə saxtalaşdırılması nə sülhə, nə təhlükəsizliyə, nə də barışığa xidmət edir. Ermənilər yüz illər boyu tarixi saxtalaşdırmaqla eyni zamanda anti-türk qüvvələrin alətinə çevriliblər.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Deputat bildirib ki, Cənubi Qafqazda sülhə və təhlükəsizliyə, geniş əməkdaşlığa imkan yarandığı bir dönəmdə bu tipli bəyanatlar prosesləri nəinki ləngidə bilər, eyni zamanda onları əvvəlki vəziyyətinə qaytarmaq meyllərni alovlandırar:

“Böyük iqtisadi layihələrin reallaşdırılması ilə Ermənistanın iqtisadi blokadadan çıxardılması, yeni reallıqlar şəraitində əməkdaşlığa cəlb edildiyi bir dönəmdə bu cür bəyanatlar hansı məqsad daşıyır? Ermənilərin illər boyu beynəlxalq birliyi çaşdırmaq istəklərinin əslində geniş anlamda məkrli siyasi oyunun tərkib hissəsi olması dünya liderlərinin nəzərindən qaçmamalıdır.

Tarixi tarixçilərə buraxıb, bugün konstruktiv siyası dialoqu dəstəkləmək daha vacibdir. Regionun inkişaf perspektivlərini və sülh pəncərəsini bir kəlmə ilə qapatmağın yanlış olduğunu anlamaq lazımdır. Hadisələrin həqiqi dəyərini vermək üçün Türkiyə dəfələrlə qarşı tərəfə arxivlərin açılması ilə bağlı müraciət edib. Təəssüf ki, bütün dünyaya qondarma “erməni soyqırımı” ilə bağlı səs salan Ermənistan bu çağırışları eşitməzliyə vurur. Məsələyə obyektiv baxışın olması bu tarixi incikliyi əslində aradan qaldırar, tərəflərin daha anlaşıqlı durumda işbirliyini təmin edər”.

S.Mikayılova vurğulayıb ki, uydurma “soyqırım” saxtakarlığı strateji tərəfdaşlar olan Türkiyə və ABŞ arasında əngəl olmamalıdır: “Dəqiq hədəfləri olan Ağ Evin xarici siyasi kursu məkrli təsirlərdən uzaq olmalı, heç bir halda təzyiq altına düşməməlidir. Bir kəlmə söz hüquqi sənəd deyil, lakin dövlətlərarası münasıbətləri korlaya biləcək qədər təhdid yaradır. Yaxşı olar ki, bölgədə geniş anlamda dayanıqlı sülhün təmin olunması və proseslərin müsbət məcrada inkişafı üçün rəsmi Vaşinqton öz nüfuzundan istifadə edib Ermənistanı konstruktiv mövqeyə gətirmək üçün səylərini əsirgəməsin”.