Home Manşet Sədaqət Vəliyeva: Ermənistan Azərbaycanın humanist addımları qarşılığında şovinizm, faşizm, təcavüzkarlıq niyyətini nümayiş...

Sədaqət Vəliyeva: Ermənistan Azərbaycanın humanist addımları qarşılığında şovinizm, faşizm, təcavüzkarlıq niyyətini nümayiş etdirir

249
0
SHARE

“Prezident İlham Əliyevin nümayiş etdirdiyi humanist siyasətə uyğun olaraq üç erməni hərbçi ölkəsinə qaytarılıb. Azərbaycan indiyədək humanistlik nümayiş etdirərək bir çox mülki ermənini və hərbçini ölkəsinə qaytarıb. Ermənistan isə bunun əksinə olaraq, işğaldan azad edilmiş ərazilərin mina xəritələrini Azərbaycana verməkdən imtina edir. Ermənistan Birinci Qarabağ müharibəsində itkin düşmüş 4000-dək Azərbaycan vətəndaşı barədə informasiya verməkdən yayınır. İrəvan, eyni zamanda Birinci Qarabağ müharibəsində əsir götürülmüş Azərbaycan vətəndaşları barədə məlumatları da gizlədir. Azərbaycan isə Ermənistandan fərqli olaraq, hər zaman humanistlik nümayiş etdirir”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Prezident İlham Əliyev işğaldan azad olunmuş əraziləri sülh, əməkdaşlıq və təhlükəsizlik bölgəsinə çevirir: “Dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinə start verilib. Dünyanın iri şirkətləri, maliyyə institutları işğaldan azad olunmuş ərazilərdə görüləcək işlərdə iştirak etmək, həmin bölgəyə sərmayə yatırmaq üçün niyyətlərini ifadə ediblər, hətta bəziləri artıq işə başlayıblar. 30 ildir ki, dünyada “boz zona” kimi tanınan, narkotacirlərin, terrorçuların yuvasına çevrilmiş ərazilər Azərbaycanın sayəsində dünya dövlətlərinin və şirkətlərinin əməkdaşlıq platformasına çevrilməkdədir. Məhz, Prezident İlham Əliyevin fəaliyyətinin nəticəsidir ki, işğaldan azad olunmuş ərazilər sülh, əməkdaşlıq və təhlükəsizlik bölgəsinə çevrilir. Lakin çox təəssüflər olsun ki, Ermənistan sülh, əməkdaşlıq mühitinə zərbə vurmaq, cığallıq etmək niyyətindədir. Bu səbəbdəndir ki, Ermənistan Azərbaycanın humanist addımları qarşılığında şovinizm, faşizm, təcavüzkarlıq niyyətini nümayiş etdirir”.

“Əgər Ermənistan faşizm və təcavüzkarlıq niyyətindən əl çəkərsə, ilk növbədə minalanmış ərazilərin xəritəsini Azərbaycan tərəfinə verməlidir, sonra isə I Qarabağ müharibəsi zamanı itkin düşmüş və əsir götürülmüş vətəndaşlarımız haqqında məlumat ötürməlidir” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, bu gün regionda uzunmüddətli sülhün, əməkdaşlığın və təhlükəsizliyin təmin olunması üçün real şərait yaranıb və Azərbaycan bu prosesə tam hazırdır. Bundan sonra isə növbə Ermənistanındır.