Home Manşet SABAH TGT-nın təşkilatçılığı ilə UNEC SABAH-da Ümummilli lider Heydər Əliyev anılıb

SABAH TGT-nın təşkilatçılığı ilə UNEC SABAH-da Ümummilli lider Heydər Əliyev anılıb

111
0
SHARE

08.05.2021 tarixində SABAH TGT-nın təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar olaraq “Liderlik əfsanəsi və əfsanəvi qələbə” adlı onlayn tədbir keçirilmişdir. Tədbirdə SABAH Mərkəzinin rəhbəri Aidə Quliyeva, politoloq Şəbnəm Həsənova və SABAH TGT sədri Əli Xəlilov çıxış etmişdir. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti, Azərbaycan xalqı və dövlətçiliyi yolunda göstərdiyi misilsiz xidmətləri və fəaliyyəti haqqında danışılmışdır. Aidə Quliyeva və Şəbnəm Həsənova ölkəmizin müstəqillik qazandığı ilk dövrlərdə yaşadığı çətinliklər, Heydər Əliyevin hakimiyyətə gəlişindən sonrakı sürətli inkişaf, həmçinin Ali Baş Komandan cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticəsi olaraq Qarabağın işğaldan azad edilməsi mövzularına toxunmuşdur. Sonda bir daha prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətə, Qarabağımızın dirçəldilməsinə bütün gənclərin dəstək verməsinin, Azərbaycanın inkişafı yolunda bütün səylərin birləşdirilməsinin önəmi vurğulanmışdır.