Home İqtisadiyyat Azərbaycan İtaliyaya yeni məhsul ixracına başlayıb

Azərbaycan İtaliyaya yeni məhsul ixracına başlayıb

614
0
SHARE

Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azertexnolayn” MMC istehsal etdiyi məhsulların ixrac coğrafiyasını genişləndirir.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, “Azertexnolayn” MMC ilk dəfə olaraq HDPE borularının (təzyiqli su boruları) İtaliyaya ixracına başlayıb.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının ilk rezidenti olan “Azertexnolayn” MMC 2013-cü ildə istehsal fəaliyyətinə başlayıb. Sənaye Parkında “Azertexnolayn” MMC-nin 3 zavodu – polad boru, polietilen məmulatları və texniki avadanlıqlar zavodları fəaliyyət göstərir. “Azertexnolayn” MMC-də qabaqcıl texnologiyalar əsasında müxtəlif diametrli polad borular, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar, xüsusi təyinatlı müxtəlif diametrli polietilen borular istehsal edilir. İstehsal olunan məhsullar daxili bazarda satılmaqla yanaşı, əsasən MDB və region ölkələrinə ixrac edilir.