Home Cəmiyyət Azərbaycanda 426 nəfər koronavirusa yoluxub, 13 nəfər vəfat edib

Azərbaycanda 426 nəfər koronavirusa yoluxub, 13 nəfər vəfat edib

249
0
SHARE

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 426 yeni yoluxma faktı qeydə alınıb, 515 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 330 269 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 315 415 nəfər müalicə olunaraq sağalıb, 4792 nəfər vəfat edib, aktiv xəstə sayı 10 062 nəfərdir.

Ölkədə son sutka ərzində 8877, hazırkı dövrədək isə 3 392 930 test aparılıb.