Home Manşet Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi üçün heç bir səbəb yoxdur – Lavrov

Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi üçün heç bir səbəb yoxdur – Lavrov

266
0
SHARE

Rusiya Ermənistanla Azərbaycana sərhədlərin delimitasiyası məsələsində kömək göstərməyə hazırdır.

Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi üçün heç bir səbəb yoxdur:

“Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə gəldikdə, Azərbaycan tərəfi insidentdən sonra bəyanatlar verərək baş verənləri anlaşılmazlıq adlandırıb və bunu müəyyənləşdirilmiş sərhədlərin mövcud olmaması ilə əlaqələndirib. Orada heç vaxt heç kim demarkasiya, delimitasiya işləri ilə məşğul olmayıb. Biz tərəflərə təklif etdik ki, bu işə başlasınlar. Biz bu işdə onlara kömək göstərməyə, kartoqrafik materialları təqdim etməyə və məsləhət xidmətləri verməyə hazırıq”.