Home Maliyyə Gürcüstandakı insident tamamilə məişət zəminində baş verib – Arzu Nağıyev

Gürcüstandakı insident tamamilə məişət zəminində baş verib – Arzu Nağıyev

302
0
SHARE

Gürcüstanda baş verən insident tamamilə məişət zəminində olan bir hadisədir.

Bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev deyib.

Deputat bildirib ki, burada heç bir etnik amil yoxdur: “Bu insident tamamilə məişət zəminində baş verb, burada heç bir etnik amildən söhbət gedə bilməz. Azərbaycan ilə Gürcüstan arasında möhkəm əməkdaşlığı və tərəfdaşlığı istəməyənlər bu hadisəni millətlərarası münaqişə kimi qələmə verməyə çalışırlar. Ancaq bütün bu cəhdlər mənasızdır. Bu, insanlar arasında məişət zəmnində baş verən bir hadisədir və tərəflər arasında barışığın əldə olunması ilə bağlı iş aparılır”.

Deputat qeyd edib ki, Azərbaycanın Gürcüstandakı səfirliyi də məsələni diqqətdə saxlayır, hüquq-mühafizə orqanları ilə lazımi işləri görür. Gürcüstanda yaşayan azərbaycanlılar da baş verən insidentə təmkinlə yanaşmalı, təxribatlara uymamalıdırlar.