Home İdman Bakıda gimnastların dünya və Avropa çempionu Vladislav Osknerlə görüşü keçirilib (FOTO)

Bakıda gimnastların dünya və Avropa çempionu Vladislav Osknerlə görüşü keçirilib (FOTO)

34
0
SHARE

Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 16-cı dünya çempionatının səfiri, dəfələrlə dünya və Avropa çempionu, rusiyalı məşqçi Vladislav Osknerin gənc azərbaycanlı gimnastlarla görüşü keçirilib.

Trend-in məlumatına görə, görüş zamanı məşqçi gimnastların suallarına cavab verib, öz təcrübələrini bölüşüb.

V.Oskner vurğulayıb ki, idmanda ən əsas məsələ öz üzərində işləməkdir: “Əgər idmançı işləməyə hazırdırsa, onun üçün heç bir əngəl qorxulu deyil. Sizə hər zaman irəli getməyi arzulayıram”.

Yarışların səfiri Bakı Milli Gimnastika Arenasında idmançılara gözəl şəraitin yaradıldığını vurğulayıb.

Qeyd edək ki, aerobika gimnastikası üzrə 16-cı dünya çempionatı mayın 27-dən 29-dək keçiriləcək və 2021-ci ildə Azərbaycan Gimnastika Federasiyasının təşkil edəcəyi ən irimiqyaslı yarışlardan biri olacaq.

(Foto: Zaur Mustafayev. Tərcümə: Orxan Nəbiyev)