Home İdman Gimnastlarımız onlayn beynəlxalq yarışdan 11 medal qazanıblar

Gimnastlarımız onlayn beynəlxalq yarışdan 11 medal qazanıblar

430
0
SHARE

Bədii gimnastika üzrə yığma komandamızın üzvləri Bolqarıstan Gimnastika Federasiyasının təşkil etdiyi bədii gimnastika üzrə onlayn turnirdə iştirak ediblər.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, sayca 3-cü olan bədii gimnastika üzrə “Prize of Julieta Shishmanova” turnirində ölkəmizi yığmamızın üzvləri Arzu Cəlilova, Nərminə Səmədova, Alina Məmmədova və Kamilla Seyidzadə təmsil edib.

Qızlarımız bu yarışdan 11 medal qazanıblar. Belə ki, böyüklər arasında çıxış edən Arzu top, halqa və gürzlərlə çıxışına görə 2-ci, çoxnövçülük nəticəsinə əsasən 3-cü yerdə qərarlaşıb. Onun Komanda yoldaşı Nərminə lentlə 3-cü olub, halqa ilə çıxışına görə isə 4-cü yerdə qərarlaşıb.

Gənclər yaş qrupunda iştirak etmiş Kamilla Seyidzadə tam bir medal dəstini əldə edib: topla çıxışına görə 1-ci, lentlə 2-ci və çoxnövçülükdə 3-cü yerdə qərarlaşıb. Onunla eyni yaş qrupunda yarışmış Alina isə həm çoxnövçülük, həm halqa, həm də gürzlərlə 2-ci olub.