Home Manşet Tahir Rzayev: Azərbaycan dövləti sülhün və əmin – amanlığın tərəfdarıdır

Tahir Rzayev: Azərbaycan dövləti sülhün və əmin – amanlığın tərəfdarıdır

545
0
SHARE

“44 günlük müharibədə qazanılan parlaq qələbə Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasətinin uğurlarını, müzəffər ordumuzun qüdrətini, xalqımızın birliyini və mütəşəkkilliyini bütün dünyaya nümayiş etdirdi. 30 il torpaqlarımızı işğal altında saxlayan erməni təcavüzkarları ərazilərimizdən çıxarıldı və Ermənistan məğlub bir dövlət kimi üçtərəfli müqaviləyə imza atmağa məcbur oldu”. Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Tahir Rzayev bildirib ki, döyüşləri uğurla aparan Azərbaycan daha geniş əraziləri almağa, hətta Ermənistan torpaqlarına girməyə belə qadir idi. Ancaq dövlətimizin rəhbəri bu dəfə də sülhün tərəfdarı olduğunu bildirdi və danışıqlara getməyi, insan qırğınına yol verməməyi üstün tutdu. Hərbi əməliyyatlar başa çatandan sonra müharibənin yekunlarına görə bütün hərbi əsirlər Ermənistana təhvil verildi. Halbuki, birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən götürülmüş minlərlə azərbaycanlı əsirin taleyi bu gün də məlum deyil və ermənilər bu barədə heç bir məlumat vermirlər.

Komitə sədrinin sözlərinə görə, Azərbaycan döyüşlərdə həlak olan hərbi qulluqçuların təhvil verilməsində də humanist mövqedən çıxış edib və işğaldan azad edilmiş ərazilərdə həlak olmuş 1600 – ə yaxın erməni hərbi qulluqçunun cəsədləri erməni tərəfə verilib: “Azərbaycan Prezidenti bu faktları dəfələrlə xatırlatmaqla bütün çıxışlarında bir daha qeyd edir ki, Azərbaycanın atdığı addımlar regionda sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edir. Dövlətimizin rəhbəri bildirir: “Biz öz tərəfimizdən həm sözdə, həm də əməli işdə hər şeyi edirik ki, münaqişədən sonrakı vəziyyət sakit şəraitdə, əsəbilik doğurmadan və Cənubi Qafqaz regionunda gələcək münasibətləri sabitlik və müəyyənlik əsasında qurmağın zəruri olması nəzərə alınmaqla cərəyan etsin”. Göründüyü kimi qalib olmasına baxmayaraq, Azərbaycan Prezidenti regionda sülhün və əminamanlığın təmin olunmasının tərəfdarıdır. Yeni reallıqların yarandığı şəraitdə Cənubi Qafqazda təhlükəsizliyin yaradılması bu gün ağır vəziyyətdə olan, iqtisadi – siyasi böhran içində uçuruma yuvarlanan Ermənistan üçün daha əhəmiyyətlidir. Bu baxımdan Zəngəzur dəhlizinin açılması vacibdir və bu qonşu dövlətlərə də uğurlar gətirməyə qadirdir. Ermənistan bu təşəbbüsü nə qədər tez dəstəkləyib həyata keçirilməsinə nail olsa bir o qədər irəli getmiş olar. Əksinə yenidən revanş götürmək məqsədi ilə millətçilik siyasətini genişləndirməyə önəm versə o daha ciddi uğursuzluqlara düçar olacaqdır”.