Home Manşet “Ölkə başçısının Ağdam şəhərinin bərpasının təməl daşını qoyması hər birimizdə qürur yaradan...

“Ölkə başçısının Ağdam şəhərinin bərpasının təməl daşını qoyması hər birimizdə qürur yaradan tarixi hadisə oldu”

236
0
SHARE

“Prezident İlham Əliyev Ağdam şəhərinin bərpasının təməl daşını qoyması mərasimi hər birimizdə qürur yaradan tarixi hadisə oldu. Bu təməl daşı əslinə Azərbaycan dövlətçilik tarixinin əbədi divarlarına qoyulan yeni bir qat, yeni bir mərhələnin başlanğıcı idi”.

tan.az  xəbər verir ki, bunu açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu bildirib. Millət vəkili qeyd edib ki, artıq Azərbaycan mahiyyət etibari ilə yeni inkişaf mərhələsinə qədəm qoyub:

 

“Bərpa gününun təməlqoyma mərasiminin 28 May Respublika günündə baş tutması da təsadüfi deyildi. Çünki bu tarixi Azərbaycan Prezidenti bir daha milli bayram, müstəqillik günü kimi xarakterizə edərək əldə etdiyimiz tarixi qələbəmizi müstəqil olmağımızla əlaqələndirdi. Bu fikirlər isə siyasi ideoloji müstəvidə dövllətçilik şüurumuzun yeni qatının müstəqil və qalib əsaslarında formalaşması üçün atılan təməl daşı idi. Genetik yaddaşımıza edilən müraciət idi.

 

Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli şüurunu ümmətçilikdən dövlətçiliyə, dövlətçilikdən cümhuriyyətçiliyə qədər inkişaf etdirdiyi kimi, bu fikirlər də milli şüurumuzu məğlubiyyətdən qalibiyyətə, qalibiyyətdən yeni milli mentalitetə qədər inkişaf etdirəcək. Bu bir xalqın ictimai-siyasi fikir tarixində tamamailə yeni bir mərhələnin, yeni bir eranın başlanması deməkdir. Bu səbəbdəndir ki, bəzi azərbaycanafob mərkəzlər müxtəlif internet resurslarında, sosial şəbəkələrdə tarixi zəfərimizə və naliyyətlərimizə kölgə salmaq üçün ən müxtəlif səviyyələrdə qarayaxma kompaniyası aparırlar. Bəzi marginal müxalif quruplar da bu prosesdə fəal iştirak edirlər. Ancaq şübhəsiz ki, bütün bu antimilli fəaliyyətlər xalqımızın ümummilli sevinci və coşqusu qarşısında olduqca cılız görünür və belələri əsla öz qaranlıq məqsədlərinə çatmayacaqlar .

 

Bəzən siyasəti mümkün olmayanı mümkünetmə sənəti də adlandırılır. Doğrusu bunu isbat edəcək nümunələr o qədər də çox deyil. Ancaq düşünürəm ki, 44 günlük müharibə və ondan sonra ötən zaman ərzində Azərbaycan Prezidenti öz fəaliyyəti ilə bunun ən yaxşı təcrübi nümunəsini yartdı. Bu gün Ermənistan dövlətinin iflas etməsi, haqq etdiyi şəkildə küncə sıxışdırılması, öz sərhədlərini qorumaq üçün yeni sahiblər axtarışına çıxması da məhz mümkün olmayanı mümkünetmə sənətinin yaratdığı reallıqdır. Axı cəmisi bir neçə ay bundan öncəyə qədər bu dövlət Azərbaycan torpaqlarını işğal altında saxlayır, millətimizə meydan oxuyur , xalqımıza qarşı saysız-hesabsız cinayətlər törədirdi. İndi isə miskin vəziyyətə düşüb. Bütün bunlar Azərbaycan Prezidentinin həyata keçirdiyi milli-strateji siyasət və rasional-praqmatik davranışları nəticəsində baş verib. Bundan sonrakı mərhələ cinayətkarın öz cəzasına çatdırılması, Azərbaycanın isə yeni inkişaf tarixinin başlanğıcıdır”.