Home Manşet Millət vəkili Könül Nurullayeva sakinlərlə növbəti səyyar görüşünü keçirib (FOTO)

Millət vəkili Könül Nurullayeva sakinlərlə növbəti səyyar görüşünü keçirib (FOTO)

290
0
SHARE

Milli Məclisin deputatı Könül Nurullayeva Nizami rayonu sakinləri ilə mütəmadi səyyar qəbullarını davam etdirir.

Trend-in məlumatına görə, növbəti qəbul R.Rüstəmov 54, 58, 60, Q. Qarayev 69, 79, 81 və Naxçıvanski 55, 57, 79 küçələrində baş tutub. Qəbul zamanı millət vəkili ünvanlarda sakinlər ilə görüşüb, onları narahat edən mühüm məsələlər barədə qeydlər aparıb, seçicilərin problemlərini aidiyyatı üzrə müvafiq qurumlara ünvanlamaq məqsədilə nəzarətə götürüb.

K.Nurullayevanın Deputat Qərargahından verilən məlumata görə, sakinlərini ən çox narahat edən məsələlər məhəllələrin abadlaşdırılması, sayğac və liftlərin təmiri, dam örtüklərinin bərpası, uşaq yelləncəklərinin quraşdırılması və ağacların budanması kimi dəyərləndirilmişdir.

Millət vəkili karantin rejiminin qaydaları çərçivəsində sakinlərlə səyyar görüşlərini bundan sonra da davam etdirəcəyini qeyd edib.