Home Manşet Tahir Rzayev: Prezidentimizin fəaliyyəti dünyaya örnəkdir

Tahir Rzayev: Prezidentimizin fəaliyyəti dünyaya örnəkdir

547
0
SHARE

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyəti dünya dövlətlərinin rəhbərləri, siyasətçiləri üçün bir örnəkdir. Dövlət rəhbərimizin dünyada sülhün və əmin – amanlığın bərqərar edilməsi uğrunda atdığı addımlar, ölkəmizin müstəqilliyinin qorunması və inkişafı, torpaqlarımızın azğın düşməndən təmizlənməsi sahəsində həyata keçirilən mühüm tədbirlər, beynəlxalq aləmdə qazanılan uğurlar bunu deməyə əsas verir”. Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Tahir Rzayev bildirib ki, Azərbaycan Prezidenti öz fəaliyyətində bəşəri dəyərləri və beynəlxalq normaları üstün tutur, milli maraqlarımızı ön plana çəkir, xalqın firavan yaşaması, dövlətimizin tanınması və şöhrətlənməsi üçün əlindən gələni əsirgəmir. Düşmən üzərində tarixi qələbə, işğaldan azad olunmuş ərazilərin bərpası, erməni faşistlərin viran qoyduqları şəhər və kəndlərimizin abadlaşdırılması və bütün bunların planlı şəkildə həyata keçirilməsi göstərir ki, insanlar tez bir zamanda uzun illər həsrəti ilə yaşadıqları od – ocaqlarına qayıdacaqlar.

Komitə sədrinin sözlərinə görə, azad edilmiş ərazilərimizin baş planının hazırlanması torpaqlarımızda bərpa və yenidənqurma işlərini canlandıracaq: “Həmin ərazilərdə yaşayış məntəqələri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasına uyğun qurulacaqıdır ki, bu da aqrar sahənin, eləcə də sənayenin yeni müasir usullarla idarə olunmasına imkan verəcəkdir. Bu ali məqsədlər Prezidentimizin Ağdam şəhərinə səfəri zamanı bir daha nəzərə çatdırıldı. Ağdamda Sənaye Parkının yaradılması, şəhərin müasir üslubda qurulması gələcək uğurlardan xəbər verir. Cənab İlham Əliyevin “Biz elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır” fikirləri hər bir vətəndaşın qəlbini riqqətə gətirir. Çünki Qarabağın gözü sayılan bu şəhərin xarabalığa çevrilməsi uzun illər hər birimizin nisgilinə çevrilmişdir. Respublika Günündə Prezidentimizin Ağdama səfər etməsi və yeni şəhərin təməlinin qoyulması, Şahbulaq qalasında olması, sakinlərlə görüşməsi və hər birimizi sevindirən, şəhidlərimizin ruhunu şad edən fikirlər söyləməsi Ağdam şəhərinin dünyaya örnək olacağına şübhə doğurmur. Çünki Azərbaycan Respublikasının Prezidentinin özü dünyaya bir örnəkdir. Ondan öyrənməyə, onun fəaliyyətini dəyərləndirməyə, təşəbbüslərinin alqışlamağa da, əməllərini təbliğ etməyə dəyər və bu bizim gələcəyimiz, xoşbəxt həyatımız üçün çox vacibdir”.