Home Cəmiyyət Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan yarışların qalibləri mükafatlandırılıb (FOTO/VİDEO)

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan yarışların qalibləri mükafatlandırılıb (FOTO/VİDEO)

448
0
SHARE

Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının təşşəbbüsü ilə Gəncədə Fəaliyyət göstərən Ali və orta ixtisas məktəbləri arasında keçirilən, Ümummilli Lider Heydər Əliyevin 98- illiyinə həsr olunan bilik və idman yarışının qalib komandaları mükafatlandırılıb. Mərasimdə Gəncəni təmsil edən millət vəkilləri, və ziyalılar iştirak ediblər. Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnalogiya Universiteti, Gəncə Regional Kolleci, və Gəncə Tibb Kollecinin komandalarının iştirakı ilə keçirilən yarışlara, “Heydər Əliyev irsini öyrənirik” adlı intelektual bilik yarışı ilə start verilib.

Daha sonra komandalar öz güclərini şahmat və stolüstü tenis yarışlarında sınayıblar. Turnirin ilk mübarizəsi olan bilik yarışından Gəncə Dövlət Universitetinin komandası qalib ayrılıb. İkinci təşkil olunan şahmat yarışının qalibləri də iti zəkaları ilə fərqlənən Gəncə Dövlət Universitetinin komandası olub. Sonuncu mübarizənin, stolüstü tenis yarışınında qalibi dəyişməz qalıb.

Bu dəfədə gələcəyin pedaqoqları qalibiyyəti əldən verməyiblər. Hər üç yarışın qaliblərinə mükafatları, yarışın təşkilatçısı olan YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev və tədbirdə iştirak edən digər rəsmilər təqdim ediblər. Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı, Ümummilli Lider Heydər Əliyevin 98- illiyi ilə əlaqədar silsilə tədbirlər təşkil edir.