Home Manşet Sədaqət Vəliyeva: Azərbaycan və Türkiyə bölgədə sülh və sabitlik üçün birgə addımlayır,...

Sədaqət Vəliyeva: Azərbaycan və Türkiyə bölgədə sülh və sabitlik üçün birgə addımlayır, region ölkələrini əməkdaşlıq mühitində birləşdirən layihələr reallaşdırır

493
0
SHARE

“Azərbaycan və Türkiyə tarixin bütün mərhələlərində bir-birinin yanında olub, ən çətin anlarında qarşılıqlı dəstək veriblər. Xalqlarımız dəfələrlə şahidi olub ki, qardaş Azərbaycan və Türkiyə tarixin çox çətin sınaqlarından birgə uğurla çıxıblar. Balkan müharibəsində, Çanaqqala savaşında, 1918-ci ildə Bakının daşnak-bolşeviklərdən azad olunmasında bir cərgədə mübarizə aparan tək millət 2021-ci ildə də 44 günlük müharibədə nümunəvi birlik nümayiş etdirib. Türkiyə dövləti Azərbaycanın haqq savaşına verdiyi mənəvi, siyasi dəstək tarixi ədalətin bərpa olunmasına səbəb olub. Anlaşılan odur ki, tarixin ən sərt sınaqlarından çıxmış Azərbaycan-Türkiyə birliyi, qardaşlığı bu gün də haqq və ədalətin təmin olunmasına, təhlükəsizliyin, əməkdaşlığın, inkişafın təcəlli tapmasına əsas yaradır”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan və Türkiyə bölgədə sülh və sabitlik üçün birgə addımlayır, region ölkələrini əməkdaşlıq mühitində birləşdirən layihələr reallaşdırır: “Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğanın Milli Məclisdə çıxışı bildirdiyi kimi, 44 günlük Vətən müharibəsində qazanılmış zəfər Azərbaycana, Qafqaza və dünyaya gətirəcəyi faydaların dəyəri zaman keçdikcə daha yaxşı dərk ediləcək. Bu Zəfərlə Qarabağın hər yerinə sabitlik, əmin-amanlıq və ümid hakim olub. Qafqazdakı sülh və sabitlikdən təkcə Azərbaycan deyil, Ermənistan da daxil olmaqla, bütün bölgə ölkələri, hətta bütün dünya qazanacaq. Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstanı birləşdirən yeni platforma ilə artıq bölgədə sabitlik meydana gələcək və düşmənçiliklər aradan qalxacaq. Bununla da region ölkələrinin inkişafına əlavə imkanlar yaradacaq yeni beynəlxalq əməkdaşlıq birliyi meydana çıxacaq”.

“Naxçıvan ilə Bakını bir-biri ilə birləşdirəcək Zəngəzur dəhlizi də bölgəyə rahatlıq və zənginlik gətirəcək” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, postmüharibə dönəmi Azərbaycan ilə birlikdə Ermənistan üçün də yeni bir dövrün başlanğıcıdır: “Cənab Rəcəb Tayyip Ərdoğanın bildirdiyi kimi Ermənistan Azərbaycan ilə problemlərini həll etdikcə Türkiyə də lazımi addımları atacaq və Azərbaycanın Zəfəri hər kəsin ortaq zəfərinə çeviriləcək: “İşğaldan azad olunmuş torpaqlarda artıq bərpa, yenilənmə, canlanma başlayıb. Dünyanın güclü dövlətlərinin şirkətləri Qarabağda müxtəlif işlər həyata keçirir, infrastruktur, sənaye, kənd təsərrüfatı layihələri reallaşdırırlar. Qardaş Türkiyənin də şirkətləri iri layihələrdə yer alıb, Qarabağın cənnətə çevrilməsi prosesində yaxından iştirak edirlər. Qardaş Türkiyə həm də bölgədə məktəb, xəstəxana və digər sosial obyektlərin inşasında da yaxından iştirak edəcək. Bir sözlə, Qarabağ artıq müharibə deyil, inkişaf, əməkdaşlıq, təhlükəsizlik bölgəsinə çevriləcək”.