Home Manşet Millət vəkili Elşad Mirbəşiroğlu Göygöldə qazilərlə, seçiciləri ilə görüşüb

Millət vəkili Elşad Mirbəşiroğlu Göygöldə qazilərlə, seçiciləri ilə görüşüb

436
0
SHARE

Millət vəkili Elşad Mirbəşiroğlunun Göygöl rayonunda qazilərlə, seçiciləri ilə görüşü baş tutub. Deputat Göygöl rayon Şəhidlər Xiyabanını ziyarət edib. Həmçinin, birinci və ikinci Qarabağ müharibəsinin qaziləri ilə görüşüb. Bununla yanaşı, Göygöl Peşə Məktəbinin işçiləri, Üçtəpə kəndində vətəndaşlarla da görüş baş tutub. Millət vəkili seçicilərin mövcud vəziyyəti, gündəlik qayğıları ilə maraqlanıb, sualları cavablandırıb, qaldırılan bəzi məsələlərlə bağlı qeydlər götürülərək həlli istiqamətində müvafiq addımların atılacağını nəzərə çatdırıb.