Home Manşet Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalayacaq – Deputatdan açıqlama

Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalayacaq – Deputatdan açıqlama

52
0
SHARE
“Prosesin gedişi regionda yeni reallıqların formalaşacağını, sülh müqaviləsinin imzalanacağını deməyə əsas verir”.
Bu sözləri tan.az-a açıqlamasında Nikol Paşinyanın hakimiyyətdə möhkəmləndikdən sonra Azərbaycanla sülh müqaviləsini bağlaması ehtimalından danışarkən, Milli Məclisin deputatı Elman Nəsirov deyib:
“Ermənistanda keçirilən son parlament seçkiləri bir həqiqəti ortaya çıxardı. Erməni xalqı sülhə, əməkdaşlığa səs verərək, müharibəyə yox dedi.  Bu o demək deyil ki, Paşinyan kifayət qədər populyardır, xalq onu sevir.  Belə qiymətləndirmənin tərəfdarı deyiləm.  Sadəcə Paşinyanın ortaya qoyduğu ideyalar artıq erməni cəmiyyəti üçün daha maraqlıdır və səmərəli görünür, nəinki Köçəryanın revanşist yanaşmaları”. 
Deputat bildirib ki, bundan sonra İrəvanın Bakı ilə münasibətlərində bir sıra ciddi addımları atacağı gözlənilir: “Azərbaycan Prezidenti İlham Əliyevin təklif etdiyi sülh müqaviləsinin imzalanması real məzmum kəsb edəcək. Digər tərəfdən, Zəngəzur dəhlizinin açılması da reallaşacaq. Paşinyan özü dəfələrlə qeyd edib ki, Zəngəzur dəhlizinin bağlı qalması Ermənistanın İran və Rusiya  ilə birbaşa dəmir yolu xəttinin açılmasına imkan verməyəcək.  Nəticədə Ermənistan bundan sonra da blokada vəziyyətində qalacaq ki, bu da həmin ölkə üçün iqtisadi fəlakət deməkdir”.

E. Nəsirov qeyd etdi ki, sülh müqaviləsinin imzalanmasından tək region ölkələri deyil, bütün dünya udacaq: “Sülh müqaviləsi olmadan digər məsələləri həlli çətin olacaq.  Əməkdaşlıq yolunda sülh müqaviləsinin olması vacibdir. Həmin sənəddə İrəvanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulması da öz əksini tapmalıdır”.