Home Manşet Odlar Yurdu Universitetinin təşkilatçılığı ilə Şuşa Bəyannaməsi ilə bağlı onlayn konfrans keçiriləcək

Odlar Yurdu Universitetinin təşkilatçılığı ilə Şuşa Bəyannaməsi ilə bağlı onlayn konfrans keçiriləcək

49
0
SHARE

Odlar Yurdu Universitetinin təşkilatçılığı ilə “Şuşa Bəyannaməsi – qardaşlığın və dostluğun zirvəsi” adlı onlayn konfrans keçiriləcək.

Türkiyə ilə Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsinin əhəmiyyətindən bəhs edən onlayn konfrans 23 iyun saat 11:00-da Zoom proqramı üzərindən həyata keçiriləcək.
Konfransın spikerləri Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu, politoloq Sahil İskəndərov, millət vəkili, politoloq Fazil Mustafa, Odlar Yurdu Universitetinin İqtisadiyyat kafedrasının rəhbəri, iqtisad elmləri doktoru, professor Elşad Məmmədov və politoloq Şəbnəm Həsənovadır.

Konfransda bəyannamənin iki ölkə üçün siyasi və iqtisadi əhəmiyyəti müzakirə ediləcək.
Qeyd edək ki, konfransda hər kəs iştirak edə bilər.