Home Manşet Sədaqət Vəliyeva: 44 günlük Vətən müharibəsi şanlı qələbə kimi Azərbaycan tarixinə qızıl...

Sədaqət Vəliyeva: 44 günlük Vətən müharibəsi şanlı qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazılıb

499
0
SHARE

İkinci Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Şəhidlərimizin qisası qisası döyüş meydanında alındı, Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etdi. Heç şübhəsiz ki, Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmayıb. Bu mənada, milli qürurun, milli ləyaqətin, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi olan Qələbə ədalətin təntənəsi idi və bu tarix Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, 44 günlük Vətən müharibəsi şanlı qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazılıb: “Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşü zamanı bildirdiyi kimi Azərbaycan bundan sonra müzəffər ölkə, Ermənistan isə məğlub edilmiş ölkə kimi yaşayacaq. Çünki Azərbaycan Ordusu Qələbə qazanaraq düşməni torpaqlarımızdan qovdu, Ermənistan ordusu məhv edildi, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdılar. Artıq Ermənistan tam dərk etməlidir ki, Azərbaycan istənilən hərbi vəzifəni icra edə bilər və onu heç kim dayandıra bilməz”.

“Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır və ölkəmizin hərbi qüdrəti durmadan artır” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, müasir texnika ilə təchizat, keçirilmiş təlimlər, hərbi sənayenin yaradılması, ordumuzun döyüş potensialının və maddi-texniki bazasının gücləndirilməsi məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir: “Söz yox ki, Azərbaycan bundan sonra da güclənəcək, o cümlədən hərbi gücü də artacaq. Müharibədən sonra yeni müqavilələr imzalandı, yeni silahların, texnikanın, müasir texnologiyaların alınması prosesi başladı. Azərbaycan II Qarabağ müharibəsinin nəticələrini və gedişatını düzgün təhlil edərək, hərbi gücünü daha da artıracaq. Ermənistanın isə nəinki hərbi gücünü, dağılmış, məhv edilmiş ordusunu bərpa etmək imkanı olmayacaq, eyni zamanda, sosial-iqtisadi vəziyyəti də bərbad olaraq qalacaq”.