Home Manşet Sədaqət Vəliyeva: Prezident İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru bərpa edir, cənnətə...

Sədaqət Vəliyeva: Prezident İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru bərpa edir, cənnətə çevirir

280
0
SHARE

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan pandemiyanın mənfi təsirlərinə, müharibəyə baxmayaraq,işğaldan azad olunmuş ərazilərdə əsaslı bərpa işlərinə start verib. Elə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının yaradılması da eyni məqsədə xidmət edir. Amma burada bir məqamı xüsusilə vurğulamaq lazımdır ki, cənab Prezident İlham Əliyevin Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarının yaradılması haqqında Sərəncamı ilə 100 illik tarixi ədalətsizliyə də son qoydu. Yəni, cənab Prezident İlham Əliyev 7 iyul 2021-ci ildə imzaladığı Sərəncamla 7 iyul 1923-cü ildə – bir əsr bundan əvvəl qondarma şəkildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətini də gorbagor etdi. Bununla da tarixi ədalət bərpa olundu. Hazırda da Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında bərpa işləri həyata keçirilir, həmin ərazilərə həyat qaytarılır. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfəri zamanı yol, hava limanı, elektrik və başqa infrastruktur layihələrinin təməlini qoyması, açılışında iştirak etməsi Qarabağın və Şərqi Zəngəzurun cənnətə çevrilməsi prosesinin tərkib hissəsidir: Başlanan bərpa işləri də bir daha göstərir ki, Qarabağda və Şərqi Zəngəzurda böyük iqtisadi layihələr icra olunur, kəndlər, rayonlar, şəhərlər yeni planlara uyğun olaraq bərpa edilir, binalar inşa edilir, infrastruktur yaradılır. Məsələn, bu ilin sonuna qədər həm Qarabağda, həm Şərqi Zəngəzurda bütün elektrik təsərrüfatı qurulacaq. Bərdə-Ağdam, Füzuli-Şuşa, Horadiz-Ağbənd, Zəngilan-Qubadlı-Laçın, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl yollarıçəkilir. Kəlbəcərə rahat çatmaq üçün Göygöldən Ömər aşırımı üzrə yol çəkilir. Eyni zamanda, ümumi uzunluğu 700 kilometrə qədər olan Kəlbəcər və Laçın rayonlarında hərbi əhəmiyyətli yollar çəkilir. Eləcə də, Füzulidə, Zəngilanda və Laçında hava limanları inşa edilir, Füzuli, Cəbrayıl və Zəngilan şəhərlərinin baş planı hazırlanır. Qubadlı, Laçın və Kəlbəcər rayonlarının da bərpası, perspektiv inkişafı ilə bağlı layihələr işlənilir.Göründüyü kimi, 44 günlük müharibədən 8 ay keçməsinə, eyni zamanda, relyefin mürəkkəbliliyinə, hava şəraitinin kəskinliyinə, həyat üçün təhlükəli xarakter daşıyan minalanmış ərazilərin geniş ərazini əhatə etməsinə baxmayaraq, çox böyük işlər görülməkdədir. Təsəvvür edin, dünyada elə dövlətlər var ki, bir hava limanını 6 ilə tikir. Amma Azərbaycan yaxın 2 il ərzində 3 hava limanı istifadəyə verəcək. Bütün bunlar bir daha Azərbaycan dövlətinin qüdrətini göstərir.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında başlanan bərpa işləri Azərbaycanı böyük investorlar üçün daha maraqlı ölkəyəçevirməkdədir” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Prezident İlham Əliyev işğaldan azad olunmuş əraziləri sülh, əməkdaşlıq və təhlükəsizlik bölgəsinə çevirir: “Təəvvür edin, 30 ildir ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində dünyada “boz zona” kimi tanınan, narkotacirlərin, terrorçuların yuvasına çevrilmiş ərazilər Azərbaycanın sayəsində dünya dövlətlərinin və şirkətlərinin əməkdaşlıq platformasına çevrilməkdədir. Məhz, Prezident İlham Əliyevin fəaliyyətinin nəticəsidir ki, işğaldan azad olunmuş ərazilər sülh, əməkdaşlıq və təhlükəsizlik bölgəsinə çevrilir. Lakin çox təəssüflər olsun ki, Ermənistan sülh, əməkdaşlıq mühitinə zərbə vurmaq, cığallıq etmək niyyətindədir. Buna görə də Ermənistan Azərbaycanın humanist addımları qarşılığında şovinizm, faşizm, təcavüzkarlıq niyyətini nümayiş etdirir. Minalanmış ərazilərin xəritələrini vermir. Amma buna baxmayaraq, Azərbaycan Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcək. Bütövlükdə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi və sosial-iqtisadi tədbirlər nəticəsində Qarabağ və Şərqi Zəngəzur regionun müasir və ən inkişaf etmiş ərazisinə çevriləcək. Bu gün artıq hər kəs əmindir ki, qısa zaman çərçivəsində işğaldan azad olunmuş ərazilər bərpa ediləcək, böyük qayıdış başlayacaq.