Home Manşet Nizami rayonunda daha bir şəhidin barelyefinin açılış mərasimi olub

Nizami rayonunda daha bir şəhidin barelyefinin açılış mərasimi olub

42
0
SHARE

44 günlük Vətən Müharibəsində şəhid olmuş leytenan Cavadov Namiq Rəhbər oğlunun yaşadığı binada barelyefinin açılışı olub.

Açılış mərasimində şəhidin anası Svetlana Cavadova, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, YAP Nizami rayon təşkilatının sədr müavini Ramin Əhmədov, Nizami Rayon İcra Hakimiyyətindən Rauf Mehtiyev, şəhidin yaxınları, dostları və başqaları şəhid haqqında xatirələrini, onun igidliyi, şücaəti barədə danışıblar. Qeyd edilib ki, o, 44 günlük Vətən müharibəsi zamanı Füzulinin, Xocavəndin və Laçının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Namiq Cavadov oktyabrın 25-də Laçın döyüşləri zamanı şəhid olub. Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Bildirilib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində biryumruq olaraq düşmənin başını əzib və ərazi bütövlüyünü bərpaedib. Azərbaycanın dünyada nüfuzu və layiqli yeri Vətənmüharibəsindəki Zəfərdən sonra daha da möhkəmlənib. Busəbəbdən də Vətən üçün canından keçən qəhrəman oğul vəqızların əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Qeyd edilib ki, şəhid ailələrinin, qazilərin problemlərinin, sosial-məişət məsələlərinin həlli dövlətimizin diqqət mərkəzindədir.

Sonra barelyefin açılışı olub, önünə gül dəstələri düzülüb.

Sonda şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görəmüzəffər Ali Baş Komandan İlham Əliyevə, I Vitse-prezidentMehriban xanım Əliyevaya və YAP rəhbərliyinə təşəkkürünü bildirib.