Home Manşet Sədaqət Vəliyeva: Referendumun keçiriləcəyi və Milli Məclisin təkrarən buraxılacağı barədə məlumatlar əsassızdır,...

Sədaqət Vəliyeva: Referendumun keçiriləcəyi və Milli Məclisin təkrarən buraxılacağı barədə məlumatlar əsassızdır, reallığı əks etdirmir və siyasi təxribatdır

297
0
SHARE

“Son günlər sosial şəbəkələrdə və bir sıra xəbər saytlarındaKonstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçiriləcəyi, eləcə də Milli Məclisin təkrarən buraxılacağı barədə əsassız məlumatlar yayılır. Lakin bu şaiyəni yayanlar fikirlərini heç bir fakt və sübutla, arqumentlə əsaslandıra bilmirlər. Milli Məclisin tərkibi, fəaliyyəti, seçki sistemi barədə ümumi ifadələr işlətməklə sadəcə ictimai rəyi çaşdırmağa çalışırlar. Onlar bu cür dəyişikliklərin bir ictimai tələb, sosial sifariş olması barədə əsaslandırma da edə bilmirlər. Ona görə də, Konstitusiyaya dəyişiklik edilməsi üçün referendumun keçiriləcəyi, eləcə də Milli Məclisin təkrarən buraxılacağı barədə məlumatlar əsassızdır, reallığı əks etdirmir və siyasi təxribatdır”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, son illər ölkəmizdə struktur islahatlarının genişlənməsini, eyni zamanda, VI çağırış Milli Məclisin idarəedilməsində dəyişikliklərin olmasını, parlament stukturunun yeniləşməsini müşahidə edirik: “Hazırda Milli Məclisin mövcud say tərkibi, stukturu və fəaliyyəti səmərəli idarəetmə üçün məqbuldur. Təsadüfi də deyildir ki, qanunvericilik təşəbbüslərində, qanun layihələrinin müzakirəsində intensivlik daha da artıb, deputat fəallığı da yüksəlib. Xüsusilə də, COVİD-19 pandemiyası və 44 günlük Vətən müharibəsi zamanı deputatlar yerlərdə aktiv olub, şəhid ailələri, qazilər ilə işləri yüksək səviyyədə qurub. Bütün bunlarla yanaşı Azərbaycanda dövlət idarəetməsində çeviklik artıb,dövlət qurumları bir-birinin fəaliyyətini tamamlayır. Eləcə də mövcud seçki sistemi bütün siyasi partiyalara, ictimai təşkilatlara, ayrı-ayrı şəxslərə iştirak etmək, seçmək və seçilmək üçün əlverişli şərait yaradır. Bu səbəbdən də Konstitusiyaya dəyişiklik edilməsi üçün referendumun keçiriləcəyi, eləcə də Milli Məclisin təkrarən buraxılacağı barədə məlumatlar əsassızdır və heç bir ciddi arqumentə əsaslanmır”.

“Referendum keçiriləcəyi və Milli Məclisin buraxılacağı barədə əsassız məlumatların yayılması radikal siyasi qüvvələrin maraqlarına xidmət edir” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, məqsəd isə Azərbaycan ictimaiyyətində Milli Məclisə olan etimadı zədələmək, ictimai rəydə çaşqınlıq yaratmaqdan ibarətdir: “Sözsüz ki, bu gün Azərbaycan tarixdə heç zaman olmadığı qədər güclüdür. Azərbaycan müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Ordusu ilə işğal altında olan torpaqlarını azad etdi, pandemiyanın, müharibənin mənfi təsirlərinə baxmayaraq, Qarabağda, Şərqi Zəngəzurdabərpa işləri həyata keçirir, hava limanı, bina, yol inşa edir. Eyni zamanda, ölkə daxilində xalqla iqtidar arasında sıx birlik var. Bu gün əhalinin böyük əksəriyyəti hakimiyyətə inanır, güvənir. Eləbütün bunlara görə də anti-Azərbaycan qüvvələri referendumun keçiriləcəyi, Milli Məclisin buraxılacağı barədə şaiyələr yayır, sosial şəbəkələr vasitəsilə gündəm yaratmağa çalışırlar. Lakin ictimaiyyətimiz də əmindir ki, bu cür təxribatlar da fiaskoya uğrayacaq, milli maraqlarımıza, dövlətçilik mənafeyimizə zərbə vurulmasına imkan verilməyəcək”.