Home Cəmiyyət Toyda qaydaları pozan 1 nəfər həbs edilib, 3200 nəfər şənliyə buraxılmayıb

Toyda qaydaları pozan 1 nəfər həbs edilib, 3200 nəfər şənliyə buraxılmayıb

235
0
SHARE

Bakı. Çingiz Səfərli – Trend:

Avqustun 5-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 298 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, monitorinq 246 şadlıq sarayında, 52 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

– 83 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
– 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib;
– 2 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;
– 3200 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Twitter:@cingizsafarli