Home Manşet Azərbaycan Gürcüstanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir – XİN

Azərbaycan Gürcüstanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir – XİN

216
0
SHARE

Bakı. Trend:

Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Gürcüstanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviterdəki paylaşımında deyilir.

Bildirilir ki, Azərbaycan və Gürcüstan beynəlxalq hüququn fundamental prinsiplərinə hörmətə və sadiqliyə əsaslanan strateji tərəfdaşlıqdan bəhrələnir.