Home Manşet Komitə sədrindən çağırış: “Hər şeydən məhrum olduğumuz günləri unutmayın!”

Komitə sədrindən çağırış: “Hər şeydən məhrum olduğumuz günləri unutmayın!”

232
0
SHARE

“Koronavirusa laqeyd yanaşmaq olmaz. Virusa yoluxanların sayının gündən-günə artması qadağaların yenidən sərtləşməsinə gətirib çıxara bilər”.

 

Bunu Modern.az-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayevdeyib.

 

Komitə sədri yoluxma sayının artmasının hər kəsi narahat etdiyini diqqətə çatdırıb:

 

“Mən bu virusun dəhşətli ağrılarını yaşayan adam kimi necə çətin və əziyyətli olduğunu bilirəm, ona görə də hər kəsə çağırış edirəm ki, koronavirusla bağlı laqeydliyə yol verməsinlər. Heç kim bu bəladan sığortalanmayıb. Sərt karantin rejimində yaşadığımız, hər şeydən məhrum olduğumuz günləri unutmamalıyıq. Yoluxmanın dinamikası göstərir ki, bir çox vətəndaşlarımız hələ də tələb edilən qaydalara əməl etmir, hətta vaksin vurdurmaqdan imtina edirlər. Bu qəbuledilməzdir. Vaksinləşmə prosesinə ciddi yanaşmamaq həm insanların öz səhhəti baxımından təhlükəlidir, həm də yoluxma sayının artmasına gətirib çıxarır. Beləliklə, laqeydlik göstərən insanlar özlərinin, yaxınlarının, ətrafdakı bütün insanların həyatına təhlükə törədirlər. Koronavirusla mübarizədə həmrəylik göstərilməli, məsuliyyətsizliyə yol verilməməlidir. Əks təqdirdə yoluxma arta bilər, o zaman yenidən daha ciddi tədbirlərə zərurət yaranacaq. Qadağaların sərtləşməsini heç birimiz arzu etmərik. Ona görə, vaksinasiya prosesinə aktiv şəkildə qoşulmaq, koronavirusla mübarizəyə dəstək göstərmək hər bir Azərbaycan vətəndaşının vəzifəsidir”.