Home Manşet Arzu Nağıyev: “KTMT bu münaqişəyə heç vaxt qarışmayacaq”

Arzu Nağıyev: “KTMT bu münaqişəyə heç vaxt qarışmayacaq”

270
0
SHARE

Millət vəkili Arzu Nağıyev deyir ki, Ermənistan tərəfi ötən ilin 10 noyabr bəyanatından sonra, dekabrdan başlayaraq davamlı təxribatlar törətməklə Rusiya qoşunlarını bu istiqamətə cəlb etməyə çalışır

Arzu Nağıyev: “Bu istiqamətdə Azərbaycan ordusu çox ciddi addımlar atacaq”

Ermənistanın müdafiə naziri Arşak Karapetyan bazar ertəsi, avqustun 9-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zasla görüşündə birldirib ki, əgər Ermənistan-Azərbaycan sərhədində vəziyyət sülh yolu ilə həll olunmasa, “Yerevan güc tətbiq etmək hüququnu özündə saxlayır”.

Millət vəkili Arzu Nağıyev tan.az-a deyir ki, Ermənistan ordusu Baş Qərargah səviyyəsində tam məhv edildiyi halda, Karapetyan hansı ordudan danışır: “Əsas məsələ odur ki, KTMT bu münaqişəyə heç vaxt qarışmayacaq. Məlumdur ki, Ermənistanın Azərbaycanla sərhədi qorumağa gücü çatmaz. Ermənistan tərəfi ötən ilin 10 noyabr bəyanatından sonra, dekabrdan başlayaraq davamlı təxribatlar törətməklə Rusiya qoşunlarını bu istiqamətə cəlb etməyə  çalışır. Bu ölkə  daxildəki siyasi çaxnaşmanın qarşısını almaq üçün KTMT-yə rotasiya qaydasında edəcəyi sədrlik imkanından istifadə edəcəyini bildirir. Bütün bunlar 10 noyabr sazişinə uyğun olmayan addımlardır, təxribatdır. Birmənalı şəkildə Ermənistan başa düşməlidir ki, diktə edən və qalib tərəf Azərbaycandır. Zəngəzur dəhlizi də açılacaq, sərhəddə mövqelərimiz bərpa edilib və bundan sonra da ediləcək. Bu istiqamətdə Azərbaycan orudusu çox ciddi addımlar atacaq”.