Home Manşet Bakıda Azərbaycan, Pakistan və Türkiyə birgə təliminin yekun planlaşdırılması konfransı keçirilir

Bakıda Azərbaycan, Pakistan və Türkiyə birgə təliminin yekun planlaşdırılması konfransı keçirilir

255
0
SHARE

Bakı. Trend:

Bakıda Azərbaycan, Pakistan və Türkiyənin xüsusi təyinatlı qüvvələri nümayəndələrinin iştirakı ilə “Üç Qardaş – 2021” birgə təliminin yekun planlaşdırılması konfransı keçirilir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə təlimin proqramı, məqsədi, qarşıya qoyulan tapşırıqlar, iştirakçıların sayı və digər təşkilati məsələlər dəqiqləşdirilir.

“Üç Qardaş – 2021” beynəlxalq təliminin dost və tərəfdaş ölkələrin hərbi qulluqçularının sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılması üçün əlverişli mühitin yaradılmasına müsbət təsir göstərəcəyi qeyd olunub.

Konfrans avqustun 13-dək davam edəcək.