Bakı. Trend:
Ombudsman Aparatı Ermənistanın təxribatları barədə bəyanat yayıb.
Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, bəyanatda qeyd edilir ki, təxribatlar artıq sistemli xarakter almağa başlayıb:
“Avqustun 11-dən 12-sinə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri fasilələrlə Çəmbərək rayonunun Çəmbərək, Ttucur, eləcə də Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Gədəbəy rayonunun Zamanlı, Qaravəllər, Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu halın davamlı olaraq təkrarlanması ilə Ermənistan tərəfi hərbi əməliyyatlar tam dayandırıldıqdan sonra bölgədə vəziyyəti yenidən gərginləşdirmək və sülh prosesinə qarşı ciddi təhdidlər yaratmaqla hərbi qulluqçularımızla yanaşı, sərhədyanı ərazilərdə yaşayan mülki şəxslərin də həyat və sağlamlığını təhlükə altında qoyur”.