Home Cəmiyyət Rusiyadan gətirilən 12 ton toyuq dərisində bakteriya aşkarlanıb

Rusiyadan gətirilən 12 ton toyuq dərisində bakteriya aşkarlanıb

287
0
SHARE

Bakı. Çingiz Səfərli – Trend:

Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Rusiya Federasiyasında fəaliyyət göstərən “RESURS-YUQ” MMC-nin istehsalı olan və “Azfood Company” MMC tərəfindən ölkəmizə idxal edilən ümumi çəkisi 19691 kq toyuq dərisi məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

Qida Təhlükəsizliyi Agentliyindən Trend-ə verilən məlumata görə, baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Aparılan müayinələr nəticəsində məhsul partiyasında (11886 kq) patogen mikroorqanizm olan salmonella aşkar edilib.

Agentlik tərəfindən istehlaka yararsız məhsulların satış şəbəkəsinə daxil olmasının qarşısı alınıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Twitter:@cingizsafarli